Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu gün artıq mərkəzdə belə bir qarış torpaq qalmayıb"
"Bu gün artıq mərkəzdə belə bir qarış torpaq qalmayıb"

“Bakı şəhərinin Baş planının ilkin layihəsinin hazır olduğunu bildiriblər. Layihəyə görə, Bakı şəhərinin Mərkəzi Bakı, Regional Mərkəz və Alt Mərkəzə bölünməsi nəzərdə tutulur”.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında deyilir. Məlumatda qeyd edilib ki, Mərkəzi Planlaşdırma Rayonu 1031,4 hektar ərazini əhatə edəcək. Həmin rayonun içərisində ərazisi 425 hektar olan Xüsusi Mühafizə ərazisi yaradılacaq. Hazırda müzakirələri gedən, 4 rayonun ərazisinin bir hissəsini əhatə edəcək ərazi də məhz bu hissədir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, mərkəz rayonlar inkişaf etmiş ölkələrdə də var. Burada məqsəd şəhərin mərkəzi hissəsində qədimliyi qoruyub saxlamaqdan ibarətdir:

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“İçərişəhər qoruq kimi qorunub saxlanıldığı formada mərkəz rayon da eləcə qorunub saxlanılmalıdır. Mərkəz rayon mərkəz ərazilərdə olmalıdır ki, orada artıq tikinti işləri aparılmasın, hətta bəzi ərazilərdə avtomobilin giriş-çıxışı da qadağan olunsun. Orada Bakının qədimliyi qorunmalıdır”.

Ekspert hesab edir ki, mərkəz rayon yaratmaqda əsas məqsəd ondan ibarətdir ki, burada artıq tikintilərə icazə verilməsin. Qədimi tipli abidələr tikilsin və Azərbaycan memarlığınına uyğun müəyyən işlər görülsün və bu mərkəz hissə qoruq olaraq qorunulub saxlanılsın.

“Çünki, bu gün artıq mərkəzdə belə bir qarış torpaq qalmayıb. Bütün əraziləri tikiblər, söküblər, müəyyən işlər görüblər. Əvvəllər beş rayon hesablanılmışdı - Yasamal, Səbail, Nəsimi, Nərimanov və Xətai. Xətai rayonunun bir hissəsi, Ağ Şəhər tərəf, Xocalı prospekti mərkəz ərazisinə hesablanmışdı. Amma indi təxminən 4 rayondan bölüb belə bir mərkəz rayon yatatmaq fikirləri var”.

E.Fərzəliyevin fikrincə, mərkəz rayon çoxdan yaradılmalı idi. Amma bu asan məsələ olmadığı üçün uzun müddət idi ki, yubanırdı:

“Mərkəz rayon yaradılırsa, o rayonda yaşayan insanların bütün sənədləri dəyişilməlidir, bütün ünvanları dəyişilməlidir. Yəni, hər bir şey dəyişilməlidir. Yeni sturuktur, yeni iş yerləri açılmalıdır. Yəni, bu proses birdən birə olan bir şey deyil. Sadəcə düşünürəm ki, onu yaradıb qoruq formasında eləsələr, bu daha məqsədə uyğun olar”.

O, həmçinin qedy edib ki, Bakının baş planını hazırlamaq o qədər də asan deyil. Çünki, normalda baş plan boş ərazilərdə hazırlanır:

“İşğldan azad edilmiş elə ərazilərimiz var ki, Ağdam şəhəri, Laçın, Kəlbəcər  və digər yerləri ermənilər darmadağın ediblər. Boş ərazilərdir. Həmin boş ərazidə baş plan hazırlayıb, ona uyğun tikinti işləri görmək lazımdır. Bu gün şəhərin hər tərəfi tikilib deyə, burda yenidən nəyisə söküb nəiləsə əvəz etmək çox çətin olar. Yəni, bu dövlətə milyardlar hesabına başa gələr. Hələki, yəni, burada qeyri-adi bir şey olmayacaq. Sadəcə mərkəz rayon ayrılacaq. Mərkəz hissə yaratmaq planları var. Bu söhbət bir neçə ildir gedir, amma hələki real addım atılmayıb”.

İlahin, Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »