Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsfəndiyar Vahabzadə hələ də sərəncamdadır, maaş alır” – İddia
"İsfəndiyar Vahabzadə hələ də sərəncamdadır, maaş alır” – İddia

Keçmiş səfirlərlə bağlı hansı prosedur həyata keçirilir?

Son günlərdə Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovskinin Azərbaycana qarşı yönələn çıxışları müzakirə olunur.

Həmçinin, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadənin ona sərt cavabı, daha çox isə bu cavab videosunda Rusiya xalqını təhqir etməsi qalmaqala səbəb olub. İş o yerə çatıb ki, Rusiya Daxili İşlər nazirliyi sabiq səfiri 50 il müddətinə “qara siyahı”ya salıb – onun Rusiya Federasiyasına girişinə qadağa qoyub.

Sosial şəbəkələrdə bəzi məlumatlar da yayılıb ki, İsfəndiyar Vahabzadənin çıxışından sonra Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı aqressiv davranmağa başlayıb və Rusiya şəhərlərində yerli-yersiz saxlanılan azərbaycanlılar polis bölmələrinə aparılır, sənədləri yoxlanılır və kobud rəftara məruz qalırlar.

Azərbaycan XİN isə bu cür reaksiya verib: “İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib. “Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”.

İsfəndiyar Vahabzadənin hansı nöqsanlara görə səfir vəzifəsindən azad edildiyi şərh olunmasa da, bu cavabdan sonra, mətbuat XİN-i “rahat buraxdı”. Yəni, İsfəndiyar Vahabzadənin heç bir qurumu təmsil etmədiyi, işsiz bir diplomat olaraq öz fikrini dediyinə hamı inandı.

Lakin Bizimyol.info saytına diplomatik mənbələrdən daxil olan məlumata görə, İsfəndiyar Vahabzadə hələ də sərəncamda olan diplomatdır və dövlətdən maaş alır.

Mənbənin sözlərinə görə, İsfəndiyar Vahabzadə hələ də dipomat olaraq XİN-in işçisidir və o, ancaq səfir vəzifəsindən azad edilib.

Biz məsələni XİN-lə dəqiqləşdirməyə nə qədər çalışsaq da, XİN-in mətbuat xidməti ilə əlaqə saxlaya bilmədik.

Lakin bəzi suallara cavab tapmağa çalışdıq: “Diplomatların sərəncama buraxılması” proseduru necə olur? Hər hansı diplomat səfir vəzifəsindən azad edildikdən sonra, o, XİN-in işçisi sayılırmı?

Bizimyol.info bu və digər suallarıı sabiq xarici işlər naziri, Azərbaycanın Latviya və Estoniyada sabiq səfiri Tofiq Zülfüqarova ünvanlayıb.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Bu məsələ ilə bağlı İsfəndiyar Vahabzadənin özü dəqiq danışa bilər. Lakin bildiyimə görə, o, hazırda təqaüd alır”, - deyə sabiq nazir bildirib.

O qeyd edib ki, hər bir ölkənin diplomatik korpusunda kadr rezervi olur.

“Bilirsiniz, bu qərarı dövlət başçısı qəbul edir. Bəzi diplomatlar var ki, diplomatik xidmətdən geri çağırılsalar da, hələ də nəzərdədirlər və münasib görüldükdə, hansısa ölkəyə təyin olunurlar. Ölkəmiz o qədər də böyük deyil, üzdə olan, yüksək diplomatik savad və təcrübəyə malik insanlar elə də çox deyil. Lakin müəyyən rezerv var ki, orda olan şəxslər zaman-zaman nəzərdən keçirilir. Burda dövlət siyasəti müxtəlifdir. Əgər kiməsə ehtiyac varsa, harasa təyin olunur. Konkret olaraq, bununla bağlı qanunun, prosedurun olduğunu deyə bilmərəm... Şəxsən, mən dövlətdən maaş almıram, pensiya yaşıma da hələ var. Ayrı işlərim var, ordan dolanıram”, - deyə T.Zülfüqarov əlavə edib.

Ümid edirik ki, bu yazıda cavabsız qalan suallara XİN-dən də cavab alacağıq. Ən əsası, bizim “diplomatik rezerv”imizlə bağlı qaydalar, güzəştlər, dövlət himayəsi necə həyata keçirilir? Keçmiş səfirlər, diplomatlar necə dolanır, müavinət alırlarmı?

Sabiq səfir İsfəndiyar Vahabzadə dövlətdən nə kimi müavinət alır? Məsələ bir az da ciddiləşsə, o, aldığı müavinətdən, yaxud təqaüddən də məhrum ola bilərmi?

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »