Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkdilli ölkədə rusları kütləvi şəkildə aşağılamağa başlayıblar
Türkdilli ölkədə rusları kütləvi şəkildə aşağılamağa başlayıblar

Qazaxıstanda rus mənşəli vətəndaşlara qarşı təzyiq başlayıb. Sosial şəbəkələrin yerli seqmentində yeni dalğaya start verib. Gənclər yaşlı rus təqaüdçü tapır, onun üzərinə izdihamla hücum edir, məcbur edirlər ki, qazaxların daha böyük xalq olduğunu desin.

Bizimyol.info Vesti.uz saytına istinadən xəbər verir ki, belə hücumlardan sonra, adətən, həmin şəxsə zaman itirmədən Rusiyaya getməyi tövsiyə edirlər. İyulda “YouTube” portalında yerləşdirilən bir videoda qadını rusların Aktau şəhərinin əsasını qoyması ilə bağlı iddiasına görə yerlilərdən üzr istəməyə məcbur etmişdilər. Şəhər sakini buranın əvvəllər Şevçenko adlandırıldığını bildirmişdi. Gənclər onu qısa zamanda tapıb. Qadın möhkəm döyüləcəyini anladığından dərhal üzr istəyib.

Fləşmob ölkədə geniş yayılıb. Yeni dalğanın nümayəndələri bir-birinin ardınca rusları tapıb üzr istəməyə vadar edir. “Qurbanlar” əsasən qazax xalqının böyüklüyündən danışmalı olur. Videolarda onlara qarşı aşkar kobudluq edilir, təhqiredici ifadələr səslənir.

Rusları aşağılayan dəstələr mağazalarda və dövlət müəssisələrində reydlər keçirməyə başlayıb. Rusca danışanlar ciddi cəzalandırılır. Görüntülərdən birində yerli şəxsin rusca danışan qıza necə şillə vurduğu nəzərə çarpır.

Hökumət bütün baş verənləri görməzdən gəlir. Elə təəssürat yaradılır ki, sanki ölkədə ciddi hadisə baş vermir. Görünür, Qazaxıstan hökuməti hadisələrin gedişindən narazı deyil. “YouTube” portalındakı “Til Maydani onlayn partiyası” kanalında isə rusların aşağılandığı videolar bir-birini əvəz edir.

Yeni dalğanın başında Kustanaydan olan Kuat Əhmədovun dayandığı bildirilir. O, dil haqqında qanunun həyata keçirilməsinə nail olmağa çalışdığını deyir. Amma sirr deyil ki, Əhmədov Rusiyada yaradılan “StopXama” hərəkatına özünəməxsus şəkildə cavab vermək qərarına gəlib.

Rusiya saytları Qazaxıstanda baş verənlərlə bağlı qəzəb püskürür. Yeni dalğanın fəalları səviyyəsiz adlandırılır. Qazaxıstan hökuməti ciddi ittiham olunur. Yazılardan birində Azərbaycanın Belarusdakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin də adı çəkilib. Onun rusları təhqir etdiyi yazılıb. Qeyd edilib ki, Vahabzadə hələ də cəzasını almayıb. Hərçənd Azərbaycanı və Qazaxıstanı açıq mətnlə təhqir edən Rusiya məmur və deputatları da elə cəzasız qalmaqda davam edirlər.

Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Bəzi məhdudiyyətlər yumşaldılıb - Həftəsonu ictimai nəqliyyat işləyəcək
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Bakıdan ölkənin regionlarına dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
Son xəbərlər
Bütün xəbərlər »