Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Biz Əfqanıstanda Türkiyəni tək qoya bilmərik”
“Biz Əfqanıstanda Türkiyəni tək qoya bilmərik”

Əfqanıstanda hakimiyyətin “Taliban” hərəkatının nəzarətinə keçməsi və taliblərin Kabili ələ keçirməsi Azərbaycanda da müəyyən narahatlıqlar doğurdu.

Bu narahatlıqların əsas səbəbi bu ölkədə xidmət edən sülhməramlılarımızdır. Onların taleyi necə olacaq? Təxliyəsinə nə vaxt başlanılacaq? Bu kimi suallar sosial şəbəkələrdə və mətbuatda müzakirə olundu.

Ötən gün Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı ki, Azərbaycan sülhməramlıları hələ də öz xidmətinin başındadır və qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir.

Xatırladaq ki, ötən gün Əfqanıstanı tam tərk etmək üçün “Taliban” tərəfindən Türkiyəyə 15 gün vaxt verildiyi barədə də məlumat yayılıb. Bu mövzuda Bizimyol.info saytına danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ABŞ-ın və digər ölkələrin diplomatları, xarici vətəndaşlar Kabili tərk edənə qədər “Taliban” qüvvələrinin Kabil hava limanına yaxınlaşmasını güman etmir.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Əfqanıstanda müxtəlif ölkələrin diplomatları, iş adamları, habelə müxtəlif ölkələrin vətəndaşları var. Onlar təxliyə edilmədən Türkiyə sülhməramlılarının Kabili tərk etməsi gözlənilən deyil. Düşünürəm ki, bir neçə gün ərzində bu məsələlər öz həllini tapacaq. Bizim sülhməramlılarımız da Türkiyə hərbçilər ilə birlikdə xidmət edir. Hər hansı təxliyə məsələsi də, paralel, birgə olaraq həyata keçirilə bilər. Biz Türkiyəni tək qoyub öz sülhməramlılarımızı geri çəkə bilmərik”,- ekspert vurğulayıb.

Onun sözlərinə görə, “Taliban”ın Türkiyəyə vaxt qoyması absurd səslənir. “Mən düşünmürəm ki, “Taliban” hakimiyyətə gələr-gəlməz özünə Türkiyə kimi düşmən qazanmaq istəyər.  Bəzi məsələlər danışıqlar yolu ilə mümkündür və hesab edirəm ki, artıq bu istiqamətdə müəyyən danışıqlar aparılır”, - deyə Ə.Verdiyev qeyd edib.

O əlavə edib ki, ABŞ “Taliban”la münaqişəyə getmirsə, çox güman, Türkiyə də hazırda ciddi səbəb olmadan hər hansı qarşıdurmaya girməyəcək: “BMT-nin qərarı olmadan, hazırda Əfqanıstana hər hansı müdaxilədən söz gedə bilməz. Türkiyə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir və bu baxımdan, hər hansı toqquşma gözləmirəm”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »