Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada nə baş verir: "Məlumatı gizlədirlər ki, insanlar arasında çaxnaşma yaranmasın"
Dünyada nə baş verir: "Məlumatı gizlədirlər ki, insanlar arasında çaxnaşma yaranmasın"

Yəqin çoxlarınız Norveçdə yaradılan qiyamət gününə hazırlıq planı barədə oxumusunuz.

Bill Qeytsin rəhbərlik etdiyi bu layihəyə dünyanın bütün zənginləri uzun illərdir böyük maliyyə ayırırlar. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçin şimalındakı Şpitsbergen adasında qurulub. Buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir.

Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Niyə dünyanın gələcəyi Bill Qeytsi bu qədər narahat etməyə başlayıb? İnsanların sayının Yer kürəsinin təbii resurslarından çox olduğunu dəfələrlə qeyd edib, qlobal bphranla bağlı da bu adamın adı dəfələrlə birmənalı olamayaraq çəkilib və niyə o Qiyamət gününə hazırlaşır? Pulunu nə üçün “səpələyir”?

Son 30 ildə Yür kürəsinin çalxalandığının şahidiyik. O il yoxdur ki, planetimiz hansısa dəhşətli təbii fəlakətlərlə qarşılaşmasın. Zəlzələlər, sellər, daşqınlar, yanğınlar, vulkanlar, xəstəliklər...

Yəqin hər kəsi bu düşündürür. Nə üçün fəalakətlərin sıxlığı artıb, bütün bunlar nə üçün baş verir? Bu suala geofizik alim Yelizaveta Xromova yaxın günlərdə keçirilmiş elmi konfransda aydınlıq gətirib və alimin fikirləri elm adamları arasında rezonans yaradıb.

“Yer kürəsinin özünün kataklizmlər dövriyyəsi mövcuddur. Hər 12 000 ildən bir bu baş verir. İndi planetimiz bu təbii kataklizmlər silsiləsinin aktiv fazasını yaşayır. Bu barədə bizə niyə danışmırlar, niyə məktəb dərslikıərində bu barədə susurlar? O bildirib ki, Burbenkov Bladimir Vasilyeviç, amerikalı alim Meynard Uayt, Duqlas Boqt, Aleksandr Baturin kimi görkəmli geofiziklər bu barədə illər öncə məlumat veriblər. Bu alimlər illər öncə planetar miqyaslı fəlakətin olacağından xəbər vermişdilər. Geofiziklərin fikrinə görə, bu, bizim sivilizasiyamızın indiyədək görmədiyi bir şəkildə fəlakət olacaq. Məlumatın gizlədilməsində məqsəd insanlar arasında çaxnaşma yaratmamaq, insan nəslini qorumaq üçün hazırlanan xüsusi bunkerlərə (Nuhun gəmilərinə) uyğun şəkildə yetərli sayda insan ala bilməkdir.

12 000 il əvvəl planetimizdə kəskin iqlim dəyişiklikləri başladı. Buzlaqlar əridi, qlobal istilənmə böyük təbii fəlakətlərə yol açdı. Qolfstrim cərəyanı öz axınını dayandırdı, dəniz cərəyanları istiqamət dəyişdirdilər. Okeanlarda birdən birə suyun temperaturu artdı, sellərlə nəticələnən güclü yağmurlar başladı.

Nəticəsə bir çox canlı növləri məhv oldu. Əhali sayı 500 milyondan 50 milyona qədər azaldı (bəzi məlumatlar 140 milyona qədər azalma deməyə əsas verir). Hər 12 min ildən bir bizim Günəş sistemimiz qalaktikada kiçik qarşılıqlı təsir məkanına daxil olur. Böyük təsir məkanına daxil olma müddəti 24 min ildən bir baş verir və bu daha böyük fəlakətlərlə nəticələnir. Yəni Yer kürəsində baş verən bu hərəkətlənmələr, kosmik, qalaktik təsirlər nəticəsində yaranır. İndiki mərhələdə biz heç cür bunun qarşısını almağa qadir deyilik”,- deyə alim xanım bildirib.

Beləliklə böyük ehtimalla qiyamət günü ssenarisi reallaşmaqdadır. Bütün bunları bir nəzəriyyə, bir iddia adlandırmaq olmaz. Çünki Yerin təbii siklləri öyrənilib, elmdə sübut olunub. Bəs dinə inananlar necə? Onlar da tez-tez "axır zaman" əlamətlərinin bir-bir gerçəkləşdiyini demirlərmi?

Biz hazırda bəşəriyyət olaraq Yer ömrünün ən qalmaqallı dövrünü yaşamağa məhkum olanlarıq.

İlhamə

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »