Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə yaşayan soydaşlarımıza şad xəbər
Xaricdə yaşayan soydaşlarımıza şad xəbər

Ölkə xaricində yaşayan və Azərbaycan ilə əlaqələrini pozmayan soydaşlarımız daim istənilən etibarnaməni, bağışlamanı, satmanı, uşağa sərhədi keçmək icazəsini və digər sənədləri təsdiq etmək məsələlərində problemlərlə üzləşirdilər. Bu sənəd məsələlərini həll etmək üçün ya konsulluğa, ya da səfirliyə getmək məcburiyyətində qalırdılar.

Bizimyol.info xəbər verir ki, artıq xaricdə yaşayan soydaşlarımız, yeni yaradılan “Mobil Notariat” tətbiqi vasitəsi ilə bu problemlər bir dəfəlik qurtulacaqlar. Heç bir səfirliyə, konsulluğa getmədən, oturduqları yerdən problemlərini həll edə biləcəklər.

Tətbiqin istifadəsi isə çox sadədir. Şəkildə gördüyünüz mobil tətbiqi yükləyərək qeydiyyatdan keçirsiniz, "istifadəçinin adı" bölməsində şəxsiyət vəsiqənizin FİN kodunu yazırsınız və telefonunuz vasitəsi ilə özünüzü videoya çəkib göndərirsiniz. Bu tətbiqdən istifadə üçün ASAN imzaya ehtiyac yoxdur.

Qeyd edək ki, hətta arxivdə adınızdan olan bütün notarial sənədləri də orada görəcəksiniz.

Leyla Mirzə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »