Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Körpəsi ilə özünü kanala atan qadının ailəsində daha bir faciə
Körpəsi ilə özünü kanala atan qadının ailəsində daha bir faciə

Avqustun 14-də Biləsuvarın İsmətli kəndində körpəsi ilə birlikdə özünü kanala atan, özü xilas edilsə də, 1 yaşlı oğlu boğulan Gülər İmanzadənin həbsindən sonra bu ailədə daha bir faciə yaşanıb.

Bizimyol.info xəbər verir ki, baş verənlərdən sarsılan Gülər İmanzadənin atası vəfat edib. Bu barədə onun qardaşı oğlu Pərviz İmanov məlumat verərək bildirib ki, əmisinin ürəyi xəstə idi, qızı və nəvəsi ilə bağlı baş verənlərə dözə bilməyib.

Əmisi qızı Gülərlə eyni məktəbdə oxuduqlarını, yanaşı yerləşən evlərdə böyüdüklərini bildirən Pərviz İmanov onu qayınatasının bu həddə çatdırdığını deyir. Gülər İmanzadənin başına gələnlərə görə mərhum əmisini də qınayan Pərviz İmanov ən böyük günahı isə ölkənin məhkəmə-hüquq-sistemində görür.

“Mənim oğlan kimi sahib olduğum imtiyazların heç biri də Gülərdə olmayıb. Azərbaycandakı bir çox qadınlar kimi, ilk fürsətdə ərə verilmə xatirinə evləndirlib.

Gülər bütün günü Poladla oynayırdı. Yəqin sahib olduğu ən qiymətli şey idi. Axırda o həddə çatdırıblar ki, öz əlləri ilə uşağını öldürüb. Su dərin olsaydı, yəqin indi özü də yox idi. Amma bir ömür öz uşağını öz əli ilə öldürməsinin travması ilə yaşayacaq. Bəlkə də bir gün özünə qəsd eləyəcək. Yəqin ki, ölümdən betər hissdir. Hamının günahı var burada: əmimin günahı var, qayınatasının günahı var, onu bu həddə o çatdırıb... Ən böyük günah isə sistemindir, Azərbaycan polisinin, məhkəməsinin, güc strukturlarınındır”, - Pərviz İmanovun sözləridir.

Onun fikrincə, qadınların bu cür durumlarda ölümü seçmələri dövlət strukturlarına inamsızlıqdan və bu günə qədər belə həyatlara laqeyd münasibətdən irəli gəlir.

Avqustun 15-də Biləsuvar rayon Məhkəməsinin qərarı ilə Gülər İmanzadə barəsində həbs qətimkan tədbiri seçilib. 1991-ci il təvəllüdlü Gülər Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.

Bu maddədə 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hadisə avqustun 14-də səhər saat 7 radələrində Biləsuvar rayonunun İsmətli kəndində baş verib. Kənd sakinləri qadının həyatını xilas edə bilsə də, 1 yaşlı Polad boğulub.

Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə yanaşı, 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə də cinayət işi başlanıb.

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »