Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın bütün ölkələrini gəzmiş səyahətçi: Yer kürəsini 45 dəfə fırlanıb
Dünyanın bütün ölkələrini gəzmiş səyahətçi: Yer kürəsini 45 dəfə fırlanıb

Rusiyadan olan tədqiqatçı və etnoloq BMT-nin bütün üzv ölkələrinə səyahət etməyə imkan tapıb. Mixail Zarubin azı 1000 dəfə təyyarəyə minib. O, Yer kürəsini 45 dəfə fırlanıb.

Bizimyol.info xəbər verir ki, Zarubin havada təxminən 3 min saat keçirib. Yəni səyahətçi məqsədinə çatmaq üçün 20 həftə uçmalı olub. Rus tədqiqatçı təyyarə ilə 2 milyon kilometr qət edib. Bu, Aya 5 dəfə gedib-qayıtmaq deməkdir.

Zarubin Ginnesin Rekordlar Kitabına düşüb. Buna görə xüsusi diplom da alıb.

Mixail Zarubin Cənubi Afrikada Mixail Zarubin Cənubi Afrikada

Mixailin ilk getdiyi ölkə Kipr olub. Hədəfini yaxınlarına deyəndə hamı adekvat reaksiya verməyib. Hətta “axmaqsan?” ifadəsini də eşidib. Çünki bəzi ölkələrdə müharibə gedirdi. Yaxınları onun üçün çox narahat idi.

“İlk 100-120 ölkəyə səyahət etmək yetərincə asandır. Elə ölkələr var ki, orada indiyə qədər uzağı 100 turist olub. Onların sırasına qoşulduğuma görə şadam. Bəzi ölkələrə gedib çatırsan, amma geri qayıtmaq əziyyəti yaranır”.

Zarubin Liviyanı ən təhlükəli ölkə adlandırır. O, hətta təcrübəli səyyahlara da ora getməyi məsləhət görmür: “Çünki geri qayıtmaya bilərsiniz. Həmişə müharibə gedir”.

Mixailin Tuvalu ilə bağlı yalnız xoş xatirələri var. Rus səyyah Okeaniyanın cırtdan ölkəsində mehriban münasibət görüb. Zarubin təəssüflə qeyd edir ki, burada əhali azalır: “Ada hər il bir neçə santimetr suyun altına gedir. Yerli adamların çıxıb getməkdən başqa yolu qalmır. Qalanlara dövlət dotasiya verir. Gözəl yerdir. Hətta itlərdən də xoş münasibət görmək mümkündür”.

Zarubin Butanı ən ekzotik ölkə sayır. Avstraliya isə səyyahın ürəyində xüsusi yer tutub: “Orada insanlar həmişə gülümsəyir. Rahat məişətləri, dadlı yeməkləri, əla iqlimləri var. Heyvanlara da söz ola bilməz”.

Mixail Azərbaycanda da olub. Amma bizim ölkə haqda xüsusi danışmayıb. Ən gözəl qızları isə Afrikada görüb. Elə son səfəri də bu qitənin dövlətlərinə olub.

Paylaş »
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
Son xəbərlər
Bütün xəbərlər »