Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
30 il sonra Marsda bir milyon insan yaşayacaq, amma necə?..
30 il sonra Marsda bir milyon insan yaşayacaq, amma necə?..

İnsan yeni məskən axtarışındadır. Mütəxəssislər düşünürlər ki, bu onillikdə Ayda ilk məskunlaşma olmalıdır. İlon Mask isə 2050-ci ildə Marsda bir milyon insanın yaşayacağını əminliklə bildirib.

İnsanın kosmosa ayaq açdığı bu müddətdə qravitasiyanın olmamasının insan orqanizminə təsirləri kifayət qədər öyrənilib. Lakin onu da nəzərə almaq lazımdır ki, kosmosda ən sadə iş - tualetə getmək belə böyük problemdir. İnsanın bioloji tələbatları (yemək, içmək, nəsil artırmaq) bu cür həyata uyğunlaşmağa imkan verəcəkmi?

Kosmosun insan üzərindəki təsirlərini öyrənmək üçün əkiz Skott və Mark Kelli qardaşları üzərində təcrübə aparılıb. Skott bir il kosmosda, qardaşı isə Yerdə yaşayaıb.

Skottun vacib bioloji göstəriciləri dəyişməsə də, modifikasiyaya uğrayıb. Məsələn DNK-da dönməz dağılma və mutasiya başlayıb - Kosmik radiasiya səbəbindən. Lakin bu, kosmonavtın ümumi sağlamlığına təsir etməyib. Həmçinin qocalmaya cavabdeh olan hissələr - telomerlər daha sürətlə uzanmağa başlayıb. (yaşa dolduqca adi insanda bu qısalır). Mikroqravitasiya nəticəsində Skottun bədənində maye üst hissəyə daha çox meyillənib. Bu da təzyiqin artmasına və onun gözlərinin zəifləməsinə səbəb olub.

Bu, sadəcə kosmosda, orbitdən kənarda gəzən stansiyalarımızdakı həyatda baş verib. Bəs başqa planetlərdə necə ola bilər? Ayda və Marsda insan bədəninin necə inkişaf etməsi barədə məlumat çox azdır. Ayda daimi missiya olmayıb, Marsa isə hələlik yalnız uçan aparatlar çata bilib. Marsda ağırlıq qüvvəsi Yür kürəsindəkindən 3 dəfə azdır. Buradan Marsa qədər olan məsafə müddətində insan 3 qravitasiya sahəsini aşıb keçməlidir. Bu da əlbəttə hərəkətə, sinir sisteminə, məkanda səmttutmaya güclü təsir edir. Yerdən kənarda 1 ay keçirən insanın sümüklərində minerallar əriyir, itir, bunun qarşısını yalnız gərgin məqşlər və ciddi, düzgün qidalanma ala bilir. Kosmosda immun sisteminin özünü aparması da müəmmalıdır. Orqanzimimizin kənardakı mikroorqanzimlərin təsirinə cavabı nə olacaq, bu bilinmir. Və nəhayət, Yerdən kənarda hər şeydən təcrid olunmuş insanın psixologiyası , sağ qalmaq uğrunda sərbəst qərarlar vermək məcburiyyəti, tamamilə yad mühit fərqli təsir göstərməyə bilməz. Yuxu rejiminin də Yerdəki saatlara uymadığı nəzərə alınarsa, bu, xeyli bioloji problemlər yarada bilər.

Kosmosda tualet problemi necə həll olunur? Amerikalı astronavt Peqqi Uilson kosmosda ümumilikdə 665 gün keçirib. O bu barədə danışarkən deyir. “Stansiyada həyatı oteldə istirahətlə yox, çadırda gecələməklə müqayisə eləmək olar. Tualet məsələsi astronavtlar üçün uzun müddət problem olub. İlk kosmik missiyalarda bu barədə düşünməmişdilər. İlk astronavt Alan Şepard 15 dəqiqə kosmosda qalmalıydı. Lakin uçuş ləngiyirdi. Şepard skafandrın içində sidiyini boşaltmalı oldu. Pambıq bezli alt paltarı bu işdə ona yardım etdi.Sonradan ilk “tualetlər” yarandı. Onlar əslində tualet deyildi, kiçik konteynerlər idi. Astronovtlar onları yerə qaytarıb gətirirdilər. Bir dəfə raketin içində ştatdankənar hadisə baş verdi. Konteyner xarab oldu. Tullantılar ətrafımızda havada uçuşurdu. Təmizləyənə qədər xeyli əziyyət çəkdik. Kosmosda maye tullantı təmzilənib filtrdən keçirildikdən sonra yenidən su kimi istifadə olunur. Buna görə, astronaftların arasında zarafatla deyirlər. “Bu günkü kofe sabahkı kofedir”.

Astronavtlar açıq kosmosda işləməyə çıxarkən xüsusi bezli tumanlar geyinirlər. Bu, indiyə qədər istifadə olunur.Tualet konteynerlərini açıq kosmosda buraxırlar, onlar bir çox kosmik tullantılar kimi yanıb məhv olur”,- deyə astronavt bildirib.

Hazırda ABŞ-ın “Sakitlik” adlı modulunda yerləşdirilmiş tualetin hazırlanmasına 23 milyon dollar sərf edilib. Rusların “Ulduz” adlı stansiyasındakı tualetə isə 19 milyon sərf edilib. Bu tulaetlərin Ay və Mars səfərlərində istifadəsi planlaşdırılır.

2017-ci ildə polkovnik Tetçer Kardon skafandrların arxa hissəsinə xüsusi kisə və boru qoşmağı təklif etdi. Onun təklifi ideya sahibinə 15 min dollar qazandırdı. Lakin hələlik bu, yeni skafandrlarda istifadə edilmir.

Bu günə qədər kosmosda insan nəslinin artmaq imkanlarını öyrənmək üçün ora göndərilmiş mayalanmış yumurtalar, heyvanlar üzərində aparılmış eksperimentlər nəticəsiz qalıb. İnsan fəthə hazırlaşır. Amma qalib kim olacaq, kainat yoxsa insan. Bu hələ sual altındadır.

Hazırladı: İlhamə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »