Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST-dən ziddiyyətli fikirlər: Yeni ştammlar vaksinə tabe olmasa da, vaksin tək çarədir
ÜST-dən ziddiyyətli fikirlər: Yeni ştammlar vaksinə tabe olmasa da, vaksin tək çarədir

Yeni yeni ştamların yayılması səbəbilə koronavirusa kollektiv immunitetin formalaşması imkansızdır.

Bu fikirləri Oksford Universitetinin elmi tədqiqat qrupunun rəhbəri Endryu Pollard The Guardian qəzetinə verdiyi müsahibədə səsləndirib. O bildirib ki, Delta ştammı vaksinlənmiş insanları da yoluxdura bilir. O həmçinin qeyd edib ki, üçüncü doza vaksinləşmənin vacibliyini göstərən sübutlar yoxdur.Peyvənd olunmuş insanın immune sistemi on ildən sonra virusdan üməyyən qorunma dərəcəsini təmin edə bilər.

Bununla yanaşı amerikalı alimlər Nyu-Yorkda peyda olmuş Yota ştammının daha ölümcül olması barədə həyəcan siqnalı veriblər.

ÜST isə hələ yaranmamış mutasiyaların daha böyük təhlükə əxz etdiyini düşünür. ÜST rəhbəri Tedros Gebreysuc bildirib ki, virusun hələ dünyaya gəlməmiş lakin yaranma ehtimalları həddən artıq yüksək olan yeni mutasiyaları vaksinlərdən “qorxmayacaqlar” və onlara dünyanın istənilən ölkəsində rast gəlmək olacaq. “Lakin lazımi həddə insan vaksinlənsə pandemiyanın qarşısını ala biləcəyik. Nə qədər mutasiyalar çox yaranırsa vaksinin effekti bir o qədər azalır. Lakin vaksin vurdurmaqdan başqa yol yoxdur. Əks halda hər şeyə yenidən başlamalı olacağıq. 2021-ci ildə hər bir ölkə əhalisinin 40, 2020-ci ildə 70 faizini peyvəndləməlidir ki, biz virusa qalib gələ bilək”. Hər halda ÜST rəhbəri özü də fikirlərinin nə qədər ziddiyyətli olduğunun fərqindədir.

Virusun mutasiyasının qarşısını almaq mümkün deyil. İnsan heç bir zaman canlılar aləmində baş verən mutasiyalara görə məsuliyyət daşımayıb, təsir etməyib.Almaniyalı mütəxəssislərin fikrinə görə, koronavirus qrip virusuna nisbətən daha az mutasiya edir.

Yarım ildə koronavirusun RVD domenində 3 arginin dəyişib. Vaksinasiya ümumiyyətlə olmasa 60 faiz ehtimalla hər il 2 ştamm yaranıb hökmranlıq etməlidir.Delta sürətlə yayılsa da ölümcül nəticələr vermir. Ümumiyyətlə çox sürətlə yayılan virusların letallıq səviyyəsi daha az olur.

Hazırda koronavirusun İngiltərə və Nigeriyada tapılmış Eta,ABŞ-da tapılmış Yota, Hindistanda tapılmış Kappa və peruda tapılmış Lambda şatmmları daha fərqli xüsusiyəətlər nümayiş etdirməklə virusun gedişatına fərqli yön verə bilər.

Virusun növbəti dalğası başlayıb, xəstəxanalar yenə də dolur, evdə müalicə alanların sayı durmadan artır, getdikcə dərman çatışmazlığı müşahidə olunur. Vaksinlər yüz faiz effekt verməsə də, xaricdə aparılmış tədqiqatlar göstərir ki, vaksin olunanlar arasında ölüm riski və xəstəliyin ağırlıq dərəcəsi xeyli aşağıdır. Bu xəstəliyin ən qorxunc yanı onun hər fərddə fərqli şəkildə özünü göstərməsi, gizli inkubasiya dövründə belə yoluxdurucu olması, qarşındakı şəxsdə xəstəliyin əlaməti olmasa belə səni yoluxdura bilməsidir. Odur ki, vaksinləşməkdən başqa heç nəyə ümid hələlik yoxdur. Mən əminəm ki, vaksin əgər pulla satılsaydı insanlar arasınd onunla bağlı bu qəribə “çipləmə” nəzəriyyəsi yayılmayacaq, əksinə insanlar növbələrə duracaq, bir- birlərini əzişdirəcəkdilər. Bu qədər qorxunc bir virus qarşılığında havayı vaksin, üstəlik onun məcburi şəkildə vurulmasının istənilməsi şəhər əfsanələrinin yayılmasına səbəb olub.

İlhamə

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »