Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Əfqanıstandakı Səfirliyi öz fəaliyyətini davam etdirəcək
Türkiyənin Əfqanıstandakı Səfirliyi öz fəaliyyətini davam etdirəcək

"Əfqanıstanda yaşayan, ancaq hazırda bu ölkədən qayıtmaq istəyən Türkiyə vətəndaşlarına hər cür şərait yaradılması üçün aidiyyəti qurumlarımızla əməkdaşlığımız davam edir".

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib.

M.Çavuşoğlu deyib ki, bununla əlaqədar nazirliyin çağrı mərkəzi həftənin bütün günləri 24 saat fəaliyyətdədir: "Biz Əfqanıstanda yaşayan vətəndaşlarımıza əvvəlcədən də münaqişə bölgəsindən uzaq olmaları ilə bağlı çağırış etmişdik. Bu gün də Əfqanıstandan çıxmaq istəyən vətəndaşlarımıza bir daha xəbərdarlıq etdik. Hazırda Əfqanıstandakı Türkiyə Səfriliyi və Konsulluğuna daxil olan məlumatları toplayıb dəyərləndiririk. Vətəndaşlarımızın qayıdışı üçün lazım olan tədbirlər görülüb".

Nazir Çavuşoğlu Əfqanıstanda yaşayan bir qrup Türkiyə vətəndaşının Türk Hava Yollarının təyyarələrilə əvvəlcədən geri döndüyünü də vurğulayıb: "Ölkədə qalmaq istəyən, əfqanlarla evli olanlar və başqa səbəbdən orada yaşamaq istəyən vətəndaşlarımızın isə təhlükəsizliyi üçün Əfqanıstandakı aidiyyəti qurumlarla danışıqlar aparırırq. Əslində əvvəlcədən də bütün tərəflərlə əlaqələrimiz var idi və hazırda da bu əlaqələr davam edir. Diplomatik missiyamızı da Kabildə icra etmək üçün ilk başdan tədbirlər görülüb".

M.Çavuşoğlu bildirib ki, Kabildəki Türkiyə Səfriliyi Əfqanıstanda fəaliyyətini davam etdirir: "Vətəndaşlarımızın konsulluqla bağlı hər hansı bir işi olsa, müraciət edə bilərlər. Buradan Əfqanıstandan çıxmaq və ya orada qalmaq istəyən vətəndaşlarımıza bir daha səslənirik: İstənilən vaxt səfirliyimizə, konsulluğumuza müraciət edə bilərsiniz, bundan sonra edəcəyimiz xəbərdarlıqlarımızı da izləmələrinizi istərdik".

Qeyd edək ki, bu gün "Taliban" radikal hərəkatının yaraqlıları Əfqanıstanın paytaxtı Kabildə prezident sarayına daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qani Kabildən Tacikistana uçub və oradan üçüncü ölkəyə gedəcəyi bildirilib.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »