Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir”
Ərdoğan: “Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir”

“Regionun və əlbəttə Əfqanıstanın bir an öncə istiqrara qovuşması üçün hər cür cəhdlərimizi artıracağıq, bu istiqamətdə Pakistanla əməkdaşlıq edəcəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Tuzla rayonunda “Pakistan MİLGEM Layihəsi”nin ilk gəmisinin dənizə endirilmə mərasimində çıxış edərkən bildirib.

R.T.Ərdoğan deyib ki, Əfqanıstanda gedərək artan gərginlik, Taliban Kabildə rəhbərliyi ələ keçirməsi Pakistana da öz təsirini göstərdiyinə görə, bu məsələdə Pakistan üzərinə də önəmli vəzifə düşür: “Pakistan 2 milyarddan çox əhalisi olan Cənubi Asiyada çox mühüm bir əhəmiyyət daşıyan ölkələrdəndir. Regionun üzləşdiyi problemlərin həlli yalnız Pakistanın müdaxiləsi sayəsində həll edilə bilər”.

Türkiyə Prezidenti son dövrlər İran üzərindən Əfqanıstandan yeni bir köç dalğası ölkəsinə doğru gəldiyini və bunun getdikcə artdığını vurğulayıb: “Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir”.

R.T.Ərdoğan bu istiqamətdə və Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr səviyyəsində əməkdaşlığı artacağını bildirib.

Türkiyə Prezidenti müdafiə sənayesi sahəsində ölkəsinin getdikcə artan qüdrəti digər ölkələrlə əməkdaşlığı gücləndirdiyini də bildirib: “Son 6 ildə Suriyada, Qarabağda, Liviyada ortaya qoyduğumuz güclü müqavimətin arxasında belə böyük bir əzm var. Qərblilərin bizə vermədikləri hər müdafiə sənayesi məhsulu ilə “pis qonşu bizi ev sahibi etdi” prinsipi ilə əslində bizə uğur qazandırdılar. Buradan onlara təşəkkür edirəm”.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »