Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxşı və zəhərsiz qarpızı necə seçməli... - Bostançıdan məsləhət
Yaxşı və zəhərsiz qarpızı necə seçməli... - Bostançıdan məsləhət

Rəvayətə görə, bir zamanlar böyük Loğman İbn Sinanın yolu Azərbaycandan, tərəkəmə çöllərindən düşür. Qış günündə qazma torpaq evlərdə yaşayan insanların isinmək üçün ocağa təzək atdıqlarınıə, təzək tüstüsü içərisində oturduğunu görən böyük təbib deyir ki, sizin sağ qalamağınız möcüzədir. Zəhər içərisində yaşayırsınız. Lakin yayda eyni kənndən keçən İbn Sinanı dadlı qarpıza qonaq edirlər və o isti yay günündə bu sərin təamın dadına baxır, deyir “Allah sizə dərd də vermiş? dərmanını da”.

C vitamini və antioksidantla zəngin olan qarpız yayın əvəzolunmaz nemətidir. Faydaları barədə danışmayacam. Çox adam qarpıza vurulan gübrələr səbəbi ilə onu almağa qorxur, ehtiyat edir. Haqlıdırlar, çünki qarpızdan zəhərlənmə hallarının sayı az deyil. Hətta sağlam qarpızı belə kəsib açıq vəziyyətdə soyuducuda saxlamaq təhlükəli nəticələr verə bilir. Bəs yaxşı qarpızı necə tanımaq olar?

Əlbəttə ilk növbədə keyfiyyətə dair sertifikat tələb eləmək olar. Lakin azərbaycanlı istehlakçılar buna o qədər də əhəmiyyət vermirlər. Şosse kənarlarında maşın-maşın yığılaraq birbaşa bostandan gətirlən məhsulların sertifikatını soruşmaq və təqdim etmək kiminsə ağlına da gəlmir. Buna görə də yaxşı məhsulu necə seçmək barədə sualı illərdir ömrünü əkin-biçin işlərinə vermiş bostançı Nazim Haqverdiyevdən soruşuruq.

“Qarpızın yetişdirilməsində azotlu gübrələrdən ifrat istifadə etmək meyvədəki nitrat səviyyəsini yüksəldə bilər. Mineral gübrələr (azot, nitrat) əsasən faraş qarpızlarda özünü göstərir. Gübrə bitkinin solmaması, yaxşı inkişafı üçün vacibdir. Buna görə bitkinin ilk meyvələrinin tərkibində gübrə daha çox olur. Lakin uzun müddət sonra, yəni yayın sonuna doğru da qarpızın tərkibində nitratın tapılması mümkündür. Nitrat səviyyəsinin çox olması ağır zəhərlənmələrlə nəticələnə bilər. Yaxşı qarpızın səthi çox hamar olur, qarpızın qabığını əlinizlə sığallayın, əlinizin altında duz səpilmiş kimi cadarlar, buğumlar hissi yaranırsa nitrat, səviyyəsi təhlükəli həddədir . Qabıq əlinizə həddən artıq cod dəyirsə, deməli qalın qabıqlı qarpızdır. Normadan artıq qalın qabıq nitrat səviyyəsinin çox olmasından xəbər verir. Bunu da anlaya bilmirsinizsə, qarpızı kəsdirmədən almayın. Əgər qabığının içi ağ yox, sarı rəngdədirsə, deməli zəhərlənmək ehtimalınız çoxdur. Bir balaca dilim qarpızı bir stəkan suya atıb 5-10 dəqiqə gözləyin. Su bulanırsa, qarpız sizi zəhərləyə bilər. Şəffaf qalırsa, rahatlıqla yemək olar. Qarpızı kəsdikdən sonra içindəki böyük boşluq o deməkdir ki, ona hormonal dərmanlar vurulub. Qarpızın üzərində hər hansı deşik və ya balaca zədə hava çəkməsinə, tərkibinin dəyişməsinə, zəhərlənməyə səbəb ola bilər”,- deyə bostançı bildirib.

O, yaxşı qarpızı necə seçmək barədə də danışıb. Qabığı sarı və açıq ləkəli qarpızlar dadlı olur. Öz ölçüsündən ağır gələn qarpız əla qarpızdır. Üstündə ləkə, göbəyi balaca olan qarpızlar qırmızı və şirin olur. Uzun qarpızlar daha çox sulu, girdə qarpızlar şirin, çox hamar qarpızlar dadsız olur. Alanda saplağına diqqət edin. Saplaq saralmış, qurumuşdursa, dartılıb qoparıldığı hiss edilmirsə, deməli, qarpız dəyib, sonra dərilib. Yaşıl saplaqlı qarpız hələ tam yetişmiş sayılmaz. Baxmayaraq ki, ölçüsü çox böyük görünür”.

Bu arada qarpızın qabığından əla qarpız mürəbbəsi alındığını da unutmayın. Qarpızın qabığının yaşıl və qırmızı tərəflərini təmizləyib, ağ hissəini kub-kub doğrayın. Kiloya-kilo qaydasında şəkər işlətməklə bol suda bişirin. Hazır qarpız mürəbbəsi kəhrəba kimi parlaq və şəffaf görünür. Mürəbbənin içərisinə dad qatmaq üçün vanil, mixək, darçın kimi ədvalardan istifadə edə bilərsiniz. Dadından isə doymaq olmur...

İlhamə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »