Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: Mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?!
Prezident: Mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?!

“Nə oldu Paşinyan?” sözlərini müharibədən sonra yox, müharibə dönəmində dedim və sonra, necə deyərlər, “mem” oldu. Əslində, mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?! Mən sizə deyim ki, müharibə bitəndən sonra evdə Mehriban xanım məndən xahiş etdi ki, sən Allah bir də “Nə oldu, Paşinyan?” demə və bu işləri bitir. Hər şey bitdi, bu da bitsin.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində söyləyib.

Müharibə dövründə hər gün həm sevincli, həm də kədərli anlar yaşadıqlarını deyən dövlətimizin başçısı bildirib: “Çünki müharibənin ilk günündən biz artıq Zəfər əldə etdik. Müharibənin ilk günündə bir neçə kənd azad edildi və bu, ordumuza da ruh yüksəkliyi verdi, özümüzə də əminlik verdi və inam verdi. Ancaq biz hər gün insanlarımızı itirirdik, hər gün şəhidlər verirdik. Hər gün mənə verilən o məlumat, o raport bizim, necə deyərlər, içimizi yandırırdı. Hər ölən bizim övladımızdır, hər həlak olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrarolunmazdır, ölümü yaxınları, valideynləri, anaları, ataları, övladları üçün faciədir. Amma, eyni zamanda, hər gün zəfərlə dolu anlar yaşamışdıq. Yəni, bu 44 gün ərzində bizim həyatımızın, günümüzün yarısı kədərli, yarısı sevincli idi. Bütün Azərbaycan xalqında inam var idi ki, biz bunu edəcəyik”.

Azərbaycan Prezidenti, həmçinin qeyd edib: “Müharibənin ilk günlərində, bilirəm, bəziləri düşünürdü ki, görəsən, dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik”.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »