Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova pakistanlı həmkarlarını təbrik edib
Sahibə Qafarova pakistanlı həmkarlarını təbrik edib

Avqustun 14-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə təbrik məktubları ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri dost və qardaş Pakistan xalqını bu ölkənin milli bayramı - Pakistanın Müstəqillik Günü münasibətilə şəxsən öz adından və Milli Məclisin bütün üzvləri adından təbrik edib.

Məktublarda deyilir ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsinə əsaslanır və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərimiz yüksək səviyyədədir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir.

Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin ali qanunvericilik orqanları arasındakı qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə bundan sonra da öz töhfələrini verəcəyinə əminliyini ifadə edib, dost və qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırıb.

Paylaş »
››› Daha bir türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
Son xəbərlər
Bütün xəbərlər »