Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Premyer Liqası: "Sabah" mövsümə məğlubiyyətlə başlayıb
Azərbaycan Premyer Liqası: "Sabah" mövsümə məğlubiyyətlə başlayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.

Açılış oyununda "Sabah" və "Səbail" komandaları üz-üzə gəliblər. Masazırdakı "Bank Respublika Arena"dakı görüş qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qol ilk hissədə vurulub. "Dənizçilər"in heyətində yeni transfer Yurgen Qoca fərqlənib. Albaniyalı müdafiəçi 30-cu dəqiqədə başqa qapını dəqiq nişan alıb. 89-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Şakir Seyidov hesabı bərabərləşdirsə də, qol oyundankənar vəziyyətdən vurulduğu üçün qeydə alınmayıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə "Sabah" azlıqda qalıb. Coy-Lans Mikels ikinci sarı vərəqəni görərək, meydandan qovulub.

Bu qələbədən sonra "Səbail" 3 xalla birinci pillədə, "Sabah" isə sonuncu - 8-cı sırada qərarlaşıb.

Günün digər oyunu "Keşlə" və "Sumqayıt" arasında olacaq. "ASK Arena"dakı görüş saat 20:30-da başlayacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.(report)

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »