Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdə olan jurnalist aclıq edir: “Bu qədər haqsızlıq olmaz axı...”
Həbsdə olan jurnalist aclıq edir: “Bu qədər haqsızlıq olmaz axı...”

Binəqədi bələdiyyəsinin keçmiş sədri, həbsdə olan jurnalist Niyaz Niftiyev avqustun 10-dan aclıq aksiyası keçirir. O, heç bir cinayət törətmədiyi halda, günahsız həbsdə saxlanmasına, məhkəmə prosesinin uzadılmasına etiraz edir.

Bizimyol.info xəbər verir ki, jurnalistin ailə üzvləri bununla əlaqədar Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib. Yaxınları onun günahsız olduğunu, məhkəmədə dindirilən bütün şəxslərin onun xeyrinə ifadə verdiyini vurğulayıblar.

Niyaz Niftiyev Niyaz Niftiyev

Yaxınları onu da bildirib ki, Niyaz Niftiyevin səhhətində problemlər var. Bu səbəbdən qidalanmaya xüsusi diqqət yetirirdi. Aclıq nəticəsində problemlər daha da kəskinləşə və həyatına təhlükə yarana bilər.

“Azadinform” agentliyinin baş redaktoru olan Niyaz Niftiyev 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində qalib gələrək, Binəqədi bələdiyyəsinin sədri olmuşdu. 2020-ci ilin aprelində isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edildi. O, pandemiya ilə əlaqədar SMS icazə qüvvədə olan dövrdə ayrı-ayrı şəxslərə sərbəst hərəkət edə bilmələri üçün rüşvət alıb, saxta arayış verməkdə ittiham olunur. Həmin arayışlarda vətəndaşların meyvə-tərəvəz satışı, avtotəmir xidməti göstərməsi və s. fəaliyyətlə məşğul olması göstərilib.

Niyaz Niftiyev isə bu ittihamı rədd edir, heç kimdən rüşvət almadığını, kimsəyə də saxta arayış vermədiyini bildirir. Məhkəmədə dindirilən şahidlər də Niyaz Niftiyevə rüşvət vermədiklərini bildiriblər.

Jurnalist Qadir İbrahimli bildirib ki, avqustun 14-də Niyaz Niftiyev telefonla onunla əlaqə saxlayıb və dörd gündür davam edən aclığın səhhətində problemlər yaratdığını deyib. Buna baxmayaraq, o, aclığı dayandırmayacağını da əlavə edib.

Qadir İbrahimli Qadir İbrahimli

“16 ay gözlədim. İstintaq dövründə səsmi çıxarmadım, əxlaq normalarına riayət elədim, fikirləşdim ki, qoy, istintaq getsin. Şahid ifadələrilə ittiham bir-birinə ziddir. Şahidə sual verirəm ki, ifadəni sən vermisən, deyir ki, yox. Bu qədər haqsızlıq olmaz axı. Bu işə xitam, mənə bəarət verilməlidir. Şahidlərin heç biri məni tanımır. Heç bir vəsatətim təmin olunmur, əlavə sənədlər təqdim edirəm, baxılmır. Ümid edirdim ki, normal istintaq gedəcək. Aldatdlar məni. Bu işə xitam verilməyincə əl çəkməyəcəm”, - deyə Niyaz Niftiyev bildirib.

Niyaz Niftiyevlə yanaşı, bələdiyyə sədrinin müavini Mətanət Nəsibova və bələdiyyənin şöbə müdiri Sahib Abışov da ittiham olunur. Lakin Niyaz Niftiyevdən fərqli olaraq, onlar həbsdə deyil.

Niyaz Niftiyev “Tərəqqi” medalı ilə təltif edilib.

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »