Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Angela Merkelin pensiyası nə qədər olacaq?
Angela Merkelin pensiyası nə qədər olacaq?

Almaniya kansleri Angela Merkel sentyabrda keçiriləcək parlament seçkilərindən sonra vəzifəsindən getmək niyyətindir. Almanlar hazırkı kanslerin öz postundan gedəndən sonra nə qədər pensiya alacağını hesablayıblar.

Bizimyol.info xəbər verir ki, Angela Merkel istefaya gedəndən sonra təxminən 15 min avro pensiya alacaq. Bu barədə Almaniyanın “Focus” nəşri bu ölkənin Vergi Ödəyiciləri Birliyinin hesablamalarına istinadən məlumat yayıb.

Bu məbləğ isə o deməkdir ki, Merkel indiki maaşının təxminən yarısı qədər pensiya alacaq. Hazırda Almaniya kanslerinin aylıq gəliri 35 min avrodur. Belə böyük məbləğdə ödənişin səbəbi isə Merkelin uzun müddət Bundestaqda, daha sonra federal nazir və kansler vəzifələrində qalması ilə əlaqədardır.

Almaniya qanunlarına görə, Angela Merkel deputat maaşının 65 faizi qədər pensiya almaq hüququna da malikdir. Hazırda bu məbləğ təxminən 10 min avrodur.

Bundan başqa, Almaniyanın keçmiş kansleri kimi, Merkelin iki köməkçi, katibə və sürücüsü də daxil olmaqla, şəxsi ofisə sahib olmaq hüququ var.

Angela Merkel 2005-ci ildən kansler postunu tutur. Bundan əvvəl isə o, Almaniyanın Qadın və Gənclərlə İş üzrə naziri, Ətraf mühit naziri vəzifələrində çalışıb.

Merkel 2017-ci ildə növbəti – dördüncü dəfə kansler seçkisində qalib gələndən sonra bəyan etmişdi ki, səlahiyyət müddəti başa çatandan sonra bu postdan gedəcək. Bir daha seçkidə iştirak etmək niyyətində deyil. O həmçinin hər hansı siyasi posta iddialı olmadığını da qeyd etmişdi.

Sentyabrda keçiriləcək parlament seçkilərindən sonra postundan getmək niyyətində olan Merkel o vaxta qədər Rusiya və Ukraynaya səfər etməyi planlaşdırır.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »