Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona” bundan sonra da Messiyə onmilyonlarla borc ödəməlidir
“Barselona” bundan sonra da Messiyə onmilyonlarla borc ödəməlidir

Futbol tarixinin gəlib-getmiş ən yaxşı futbolçularından biri, bəzilərinin fikrincə, hətta birincisi olan Lionel Messi artıq “Barselona”lı deyil. Argentinalı futbolçu Fransanın “Pari Sen-Jermen” (PSJ) klubunun uğuru üçün çalışır. Buna baxmayaraq, hələ də Kataloniya ilə bağları qopmayıb.

Bizimyol.info xəbər verir ki, “Barselona”nın Lionel Messiyə çox böyük məbləğdə borcu var. İspaniya klubu keçmiş hücumçusunun qarşısında müqavilə öhdəliklərini yerinə yetirməyib. Kataloniyalılar 2022-ci ilin sonuna qədər argentinalı futbolçuya 52 milyon avro pul ödəməlidir.

Messinin PSJ-yə keçidi avqustun 10-da məlum oldu. Futbolçu Fransa klubu ilə azad agent statusuyla, “2+1” sxemi üzrə müqavilə imzalayıb. 34 yaşlı hücumçu yeni komandasında ildə 35 milyon avro qazanacaq.

Messi 13 yaşında gəldiyi “Barselona”nı müqaviləsi başa çatandan sonra tərk elədi. Hərçənd, o, hələ 2020-ci ildə komandadadn gedə bilərdi. O zaman Messini öz heyətində görmək istəyən əsas iddiaçılardan biri “Mançester Siti” idi. Lakin o zaman Messinin gedişi baş tutmadı. Komanda rəhbərliyi futbolçunu müqaviləsi başa çatana qədər qalmağa razı sala bildi.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »