Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbələdə dağlıq ərazidə baş verən yanğın söndürülüb - Video
Qəbələdə dağlıq ərazidə baş verən yanğın söndürülüb - Video

Məlumat verildiyi kimi, 11 avqust 2021-ci il tarixində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Bizimyol.info xəbər verir ki, FHN-dən verilən məlumata görə, görülmüş tədbirlər sayəsində bu gün saat 14:00-da yanğın tam söndürülüb. Yanğın nəticəsində, ilkin məlumata əsasən, təqribən 150 hektar ərazidə kol-kos və qismən ağaclar yanıb. Relyefin mürəkkəbliyinə və ərazidə küləyin mütəmadi olaraq güclənməsinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin peşəkar və əlaqələndirilmiş fəaliyyəti nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »