Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fındıq oğurlayan xalaoğlular və mal-qara oğruları saxlanılıb
Fındıq oğurlayan xalaoğlular və mal-qara oğruları saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı fındıq və mal-qara oğurlayan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qazbinə kəndi ərazisindəki fındıq bağından kisələrdə olan 150 kiloqram fındığın oğurlanması barədə polisə müraciət daxil olub. Müraciət əsasında keçirilən tədbir zamanı oğurluğu törətməkdə şübhəli bilinən Mahamalar kənd sakini İxtiyar Qımrıyev və xalası oğlu Tale Ocaqverdiyev saxlanılıb. Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf edib və oğurladıqları fındığı kənd ərazisində “Kanal” kimi tanınan ərazidə gizlətdiklərini bildiriblər.

“102” Zəng Mərkəzinə müraciət edən Balakən şəhər sakini isə ona məxsus mal-qaranın 2 nəfər tanımadığı şəxs tərəfindən oğurlanmağa cəhd göstərildiyini, onlardan birini hadisə zamanı özü tutduğunu, digərinin isə qaçaraq uzaqlaşdığını bildirib. Polislər tərəfindən keçirilən əməliyyat zamanı məsuliyyətdən yayınmağa cəhd göstərən həmin şəxs də qısa müddət ərzində saxlanılıb. Onların rayon sakinləri Əbdülrəhim Muradov və Heydər Abdullayev olduqları müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər də həmin ərazidən iribuynuzlu heyvanları oğurlamağa cəhd göstərdikləri məlum olub.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
Son xəbərlər
Bütün xəbərlər »