Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Əfqanıstan hakimiyyəti ilə əlaqələrini davam etdirəcək
NATO Əfqanıstan hakimiyyəti ilə əlaqələrini davam etdirəcək

NATO Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

"Report"un məlumatına görə, bəyanatda deyilir ki, NATO Kabildə diplomatik mövcudluğunu saxlamağı planlaşdırır və Əfqanıstan hakimiyyəti ilə qarşılıqlı əlaqələri davam etdirəcək.

Sənəddə bildirilir ki, təşkilat Əfqanıstanda vəziyyəti yaxından izləyir: "Buna baxmayaraq, diplomatik korpus nümayəndələrinin təhlükəsizliyi ittifaq üçün vacibdir".

Bununla yanaşı, Alyans Əfqanıstanı ələ keçirəcəyi təqdirdə "Taliban" hakimiyyətini tanımaqdan imtina edəcəyini bəyan edib. NATO-nun Baş katibi Yens Stoltenberq bundan əvvəl demişdi ki, "Taliban" hakimiyyəti təhvil alacaqları təqdirdə beynəlxalq birlik tərəfindən tanınmayacağını anlamalıdır.

Paylaş »
››› Daha bir türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Səfəvi səfillər
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »