Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kresloya yapışmış icra başçıları
Kresloya yapışmış icra başçıları

Azərbaycan Respublikasında icra başçısı yerli icra hakimiyyətinə rəhbərlik edən şəxsdir.

Yerli İcra Hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam ilə təyin edir.

İndi gələk icra başçılarını gördükləri işlər barədə danışaq... Əgər hansısa iş görürlərsə...

Heç kimə sirr deyil ki, Azərbaycanda bir çox icra hakimiyyətlərində vəziyyət çox acınacaqlıdır. İllərdir eyni vəzifəni icra edən başçılar heç yerli əhali tərəfindən tanınmır da. Bunun isə səbəbi icra başçılarının heç bir iş icra etməmələridir.

Mediada gedən xəbərlərə baxdıqda görmək olur ki, şəhid ailəsindən tutmuş, qazilərə qədər hamı bu qurumların özbaşınaqlıqlarından boğaza yığılıb. İllərdir müxtəlif icra başçıları, icra nümayəndələri ilə bağlı şikayətlər dərc edirik. Amma təəssüflər olsun ki, dəyişən heç nə yoxdur. Əksinə sanki töhmət edildikcə, onlar vəzifələrində daha da bərkiyirlər. İllərdir xalqa əziyyət verən bir çox icra başçılarının sahib olduqları malların, mülklərin siyahısı isə insanı dəhşətə gətirir ki, bu sərvətin kökü hardan gəlir?

Bir çoxlarının isə işi öz yaxınını, dostunu, tanışını, ailə üzvünü rayon üzrə müxtəlif yüksək vəzifələrə təyin etməkdir. Bunu görmək üçün təkcə icra hakimiyyətlərinin nəznində olan bağçaların rəhbərlərinə baxmaq kifayət edir. Bu rəhbərlərdən narazı olan yerli əhali isə bilmir kimi, kimə şikayət etsin…

Bir sözlə camaatın boynuna kəndir salıb, sürüyürlər. Buna isə dur deyən yoxdur. Bir müddət əvvəl icra başçılarının həbsləri, işdən uzaqlaşdırılmaları başlanmışdı. Bu zaman bütün icra qurumları qorxuya düşərək, sanki mələyə çevrilmişdilər. Hamı səbirsizliklə gözləyirdi ki, bu sahə üzrə ciddi islahatlar aparılacaq, amma təssüf ki, arzumuz ürəyimizdə qaldı. Vəziyyətin səngidiyini görən başçılar isə bir müddətlik yarımçıq qalan işlərini yenidən davam etdirməyə başladılar.

İcra başçıları ciblərini doldurmaqdan, tutduğu vəzifədən istifadə etməkdən başqa hansı işə yarayırlar? Əgər, icra hakimiyyətləri heç bir işi icra etmirsə, xalq onlardan narazıdırsa, bu qurumların varlığına nə ehtiyac var?

Leyla Mirzə

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
Son xəbərlər
Bütün xəbərlər »