Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan Azərbaycanın Türkiyə ilə sərhədlərini nəzarətə almaq istəyir”
“Ermənistan Azərbaycanın Türkiyə ilə sərhədlərini nəzarətə almaq istəyir”

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 17:40-dan 20:55-dək Vedi rayonunun Arazdəyən, Çəmbərək rayonunun Çəmbərək, Ttucur yaşayış məntəqələrində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq iriçaplı silahlardan, həmçinin snayper tüfənglərindən də istifadə etməklə atəşə tutub.

Həmçinin, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Məlumatda o da qeyd olunur ki, avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, sözügedən silahlı toqquşmalar nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Ermənistan mətbuatı isə Azərbaycan torpaqlarında yaradılmış qondarma rejimin adından açıqlama yayıb ki, düşmən birləşmələri avqustun 13-də Azərbaycan silahlı qüvvələrinin Yuxarı Veysəlli, Şığnaq və Şuşa ətrafındakı mövqelərini atəşə tutmayıb: “Görünür ki, Azərbaycan tərəfi bu yalan açıqlamalarla növbəti təxribatları üçün əsas yaradır”.

Ədalət Verdiyev Ədalət Verdiyev

Bu mövzuda Bizimyol.info saytına danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, əgər silahlı toqquşmalar olubsa, çox güman, qısa sürüb: “Ermənistan silahlı qüvvələrinin Qarabağda yeni postlar qurması hamıya məlumdur. Ermənistan Azərbaycan tərəfini təxribata çəkməyə çalışır. Lakin gecə saatlarında uzun müddət atışmaq üçün, gecəgörmə cihazlarına ehtiyac var. Ermənistan silahlı qüvvələrində bu cihazlar geniş yayılmayıb”.

Ə.Verdiyev qeyd edib ki, düşmən postlarına endirilmiş dron zərbələrindən sonra, geniş miqyaslı əməliyyatların da olacağını düşünmür.

“İri miqyaslı əməliyyatlar gözlənilmir, lakin Azərbaycan tərəfi hər cür təxribatın qarşısını almağa hazırdır. Qarabağda yetərincə hazırlıqlı, mükəmməl döyüş qabiliyyətinə malik qüvvələr yerləşdirilib. Xüsusilə də, Şuşadakı mövqelərimizə hər hansı həmlə olacağı təqdirdə, düşmən tərəfi öz cavabını misli ilə alacaq. Şuşadakı qüvvələrimiz Xankəndini 24 saat nəzarət altında saxlayırlar”, - deyə ekspert vurğulayıb.

Hərbi ekspert son günlər Naxçıvan tərəfdə Ermənistan silahlı qüvvələrinin təxribat törətməsindən də söz açıb: “Bilirsiniz ki, bizim Naxçıvana aid olan Kərki kəndimiz Ermənistan tərəfindən işğal olunub. Hazırda Ermənistan silahlı qüvvələri bizim mövqelərimizi Kərki kəndindən uzaqlaşdırmaq, habelə, Türkiyə ilə olan 11 km-lik sərhəd xətti üçün təhlükə yaratmağa çalışırlar. Onların bu avantürist hərəkətləri cavabsız qalmayacaq”.

Ədalət Verdiyev son günlər Azərbaycanı təhdid edən Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyandan da söz açıb: “Onun təhdidləri populizmdən başqa bir şey deyil. 44 günlük müharibə zamanı Karapetyan baş qərargah rəisinin müavini idi. Hansı uğurlar qazandı? Ermənistan ordusunda ciddi kadr çatışmazlığı, şəxsi heyət problemi var. Karapetyan nə qədər müharibə ritorikasında danışsa da, hazırda ciddi qarşıdurmaya hazır olmadığını yaxşı anlayır”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »