Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polad Bülbüloğlu və onun “balaca dünya”sı
Polad Bülbüloğlu və onun “balaca dünya”sı

Jirinovski və onu himayə edənlərə bəhanə lazım idi, “sağ olsun” İsfəndiyar Vahabzadə, onu da vermiş oldu.

Belə baxanda, İsfəndiyar Vahabzadə Azərbaycanda hər hansı mühüm siyasi qüvvəni də təmsil etmir.

İsfəndiyar Vahabzadə İsfəndiyar Vahabzadə

Yəni, onun sözlərinə reaksiya belə olmamalı idi. Amma Rusiya Daxili İşlər Nazirliyinin dərhal onu “qara siyahı”ya salması, Rusiya şəhərlərində azərbaycanlıların incidilməsi barədə məlumatlar ciddi narahatlıq doğurur. Görünür ki, qarşı tərəfdə müəyyən dairələr məhz bu reaksiyanı gözləyirdi.

Gərginlik getdikcə artır, Rusiyada yaşayan soydaşlarımız üçün təhlükə də artır. Təkcə diaspora məsələsi deyil, heç bir kiçik respublika Rusiya kimi dövlətlə, xüsusilə də regiondakı proseslərin “ağa”sı ilə arasının pozulmasını istəməz. Onsuz da Rusiyanın Azərbaycana tarixi münasibəti, 200 il boyunca bizim ərazilərimizə erməniləri köçürməklə “bufer” yaratması hamıya məlumdur. Azərbaycanın Rusiya ilə münasibətləri soyuq suyu üfürə-üfürə içməyə bənzəyir.

Lap yaxın ola bilmərik, özləri də maraqlı görünmür... üz çevirmək isə ayrı müsibət!

Bu yaşanan qalmaqallar, gərginliklər, müxtəlif atmaca və deyişmələr fonunda Azərbaycanın Rusiyadakı səfirliyi “qulaqları deşən” sükuta qərq olub.

Sanki hörmətli səfirimiz Polad Bülbüloğlu öz “balaca dünya”sına sığınıb, intriqalara qarışmır. Hətta deyərdim ki, siyasətə qarışmır.

Bəlkə də, Rusiyadakı səfirliyimiz zamanında bəzi məsələlərdə çevik reaksiya vermiş olsa idi, proseslər indiki həddə çatmazdı.

Nədənsə, son zamanlar hansı mövzuda yazsam, yadıma mərhum xalq şairi Qabilin “Səhv düşəndə yerimiz” şeiri düşür. Belə olmamalı idi. Heç olmasa, diplomatlarımızla bağlı belə “səhvdüşmə”ni görməməliydik.

Burda söhbət heç Polad Bülbüloğludan da getmir. Ümumiyyətlə, Rusiyadakı diplomatlarımız, habelə diaspor təşkilatları nə işlə məşğuldur... anlamaq olmur. Hətta demək olar ki, onların arasında rabitə də yoxdur. Əgər müəyyən rabitə, koordinasiya olsa idi, indi bu cür xaotik vəziyyət yaranmazdı.

Reaksiyaların xaotikliyi, hər ağızdan bir avaz gəlməsi onu göstərdi ki, biz adicə Jirinovski səviyyəsində bir təxribatın öhdəsindən gəlməyə hazır deyilmişik.

Bəh-bəhlə “informasiya müharibəsini uğurla aparırıq” deməklə deyil. Al sənə informasiya müharibəsi.

Bir dəli gölə daş atdı, qalanları da özlərini...

Bəli, təxribata reaksiya ayrıdır, amma fəaliyyətini bu təxribat ətrafında qurulması ayrı.

Jirinovski də karantində qəlyan çəkən Maştağa sakini deyil ki, kamera qarşısına keçirdib üzr istədə bilsinlər...

Vladimir Jirinovski Vladimir Jirinovski

Bu mövzunun üstünə çox getməyin də mənası yoxdur.

Mən demirəm ki, səfirliyimiz dərhal əks-hücuma keçməli, Bülbüloğlu da Jirinovskini söyməlidir. Xeyr, sadəcə səfir mətbuata çıxa bilər. Azərbaycan cəmiyyətində ruslara, başqa xalqlara münasibətin necə olduğunu danışa bilərdi.

Bunun üçün heç diplomatik savada da ehtiyac yox idi.

Yadıma düşmüşkən, bu yaxınlarda “Le Monde” yazmışdı ki, Gürcüstan DİN svanlar və azərbaycanlılar arasındakı gərginliyə son vermək üçün azərbaycanlı “qanuni oğru”lardan kömək istəyib. Yalnız “qanuni oğru”ların müdaxiləsindən sonra, gərginlik səngiyib. 2020-ci il iyul hadisələrində də oxşar hadisə olmuşdu. Kriminal avtoritetlərin sözündən sonra, Rusiya şəhərlərindəki erməni-azərbaycanlı çəkişmələri səngidi.

Onu da anlamaq olar. Bəzən kriminal dairələr sadə insanlara söz keçirə bilir və qarşılıqlı kompromis əldə olunur... Amma o aralarda bizim diplomatlarımız nə iş görürdü?

Diasporla iş üzrə Dövlət Komitəsi hansı möhtəşəm tədbirlərə hazırlaşırdı?

Uzun sözün qısası, vəziyyət çox “rusca”dır.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »