Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vahabzadənin bir çıxışı ilə stəkanda qopan fırtına
Vahabzadənin bir çıxışı ilə stəkanda qopan fırtına

2 gündür İsfəndiyar Vahabzadənin Vladimir Jirinovskiyə cavab çıxışı ölkədə geniş müzakirə olunur.

Vahabzadəni hamı topa tutub. Dövlətyönlü media da, müxalifətdə. Bir çoxları tənqidçilər beşinci kolonun adamları, Rusiyanın züy tutanları adlandırır, bəziləri Vahabzadənin çıxışından sonra Rusiyada azərbaycanlılara göz verib işıq verilmədiyini qeyd edir.( Halbuki çox araşdırsaq da belə nümunəyə rast gəlmədik). Vahabzadəni rus cəsusu, keçmişdə KQB-yə işləyən adlandırıb, fəaliyyətini hələ də davam etdirdiyini deyənlər də oldu, vəzifədən gedəndən sonra müxalifətə qoşulmaqda ittiham edənlər də.

Bizimyol.info olaraq, bitərəf qalaraq İsfəndiyar Vahabzadənin dilindən öz mövqeyini öyrənmək, edilən ittihamlara cavabını dinləmək istədik. Keçmiş səfir isə telefonu açsa da jurnalist olduğumu bilən kimi “mən istirahətdəyəm, bu barədə danışmaq istəmirəm” dedi, dərhal zəngi qapatdı. Deyəcəkdim “ay İsfəndiyar müəllim, odu atmısan barıt çəlləyinə, bu nə istirahətdi?” sözüm ağzımda qaldı.

Hər halda illərlə səfir işləmiş, yüksək vəzifələrdə olmuş Filologiya elmləri doktoru, professor İsfəndiyar Vahjabzadə nə danışdığını, niyə danışdığını bilir. Bunun arxasında hansısa qüvvələrin hansısa maraqları mütləq ki var. Hətta öncədən marağı olmayanlar da bir şəkildə yararlanmağa çalışır.

Sadə vətəndaş olaraq mənim fikrimcə kişi nə deyib düz deyib. Deyib mən rusların müharibələrində sizə kömək etmişəm? Sovet İttifaqının tərkibində bəyəm başqa cür mümkün idi? Bu həm də elə Azərbaycanın İttifaqa verdiyi böyük maddi dəstəyi də yada salmaqdır. Rusiyanı az bəsləməmişik.

Jirinovski Putinin zəncirli köpəyidir. Maskasız simasıdır demirdilərmi, Putinin sözünü danışır, təlxəkdir, dəlidir demirdilərmi? Bir dəliyə yer verib, əlinə bel verib Rusiya. Xoşuna gəlməyənə söydürürsə dəlinin də anlayacağı bir dil var. Öz dili. Söyüb. söyüşlə də cavabını alıb. Mədəni bir cavab verilsəydi bu qədər hay – küy qopası deyildi.

Rus xalqının təhqir edilməsini doğru hesab eləmirəm, necə ki öz xalqımın da təhqiri yol verilməzdir. Jirinovski və onun kimilər hamımıza söyüb, yuxarıdan aşağı baxanda heç belə fırtına qoparmırdıq. Ay özümüzünkülər? Nə olub. Bir stəkan suda nə fısqırıqdı bu? Bir qalib xalqı nümayəndəsinin boğazına kəndir salmış siyasətçilərin təlxəyinə cavabı niyə bizi parçalamalıdır ki?Özümüzün də tərfimizi tutaqa, özümüzü də sevək. Bütün hər şey kimi bir neçə gündən sonra bu hadisə də unudulacaq, özümüzün özümüzə etdiyimiz yaralar qalacaq. Necə ki, Gəncəyə, Bərdəyə atılan raketləri gündəmdən çıxardıq, rusun “İskəndər”ini unutduq, etdiyi türlü- türlü qanla bitən oyunları unutduq, bunu da unudasıyıq. Qan düşməyib ha. İşğalçımızın üzünə qarşı söymüşük, hələ nə tüpürməmişik, nə də savaş açmamışıq. İndi düşmən bu titrəyişlərimizi görüb için- için gülmürmü? Çay gəlməmiş çırmananlar qorxaqlardır.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Daha bir türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Səfəvi səfillər
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »