Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatın şirkəti haqqında daha bir şikayət – Baxan yoxdur
Deputatın şirkəti haqqında daha bir şikayət – Baxan yoxdur

Daimi izləyicimiz Tural Qoca Kontakt Home mağazalar şəbəskəi ilə bağlı şikayətini dilə gətirib. Həmişəki kimi şikayət mağazanın zəmanət verdiyi məhsulun problem yaranarsa, bu məsələnin həllinin müşkülə düşməsi ilə bağlıdır.

"“Kontakt Home"-nin 28 May filialından "sound bar" aldım, heç iki ay işlətməmişdim ki, xarab oldu. Zəmanəti olduğuna görə, servisə verdim və yazılı şəkildə bildirdim ki, üstünü cızmasınlar, əks halda qəbul etməyəcəyəm. 10 gün sonra məhsulu mənə verəndə üstü cızılmış, lakı tökülmüş vəziyyətdəydi. Rəsmiləşdirilmiş tələbimin kopyasını servis nümayəndəsinə göstərib malı götürməkdən imtina etdim. Malı yenidən servisə qaytarcaqlarını və qısa müddətdə problemi aradan qaldırıb yenidən mənə təqdim edəcəklərini söyləsələr də, bir aydır heç bir xəbər yoxdur.

"Kontakt Home” mağazalar şəbəkəsinin sahibi deputat Elnur Allahverdiyevə də müraciət edim. O, cavab olaraq bildirdi: "Mən şirkətin yaradıcılarından biri və rəhbəri olmuşam. Deputatlıq fəaliyyətimlə əlaqədar sahibkarlıq fəaliyyətimi dayandırmışam. Ancaq belə müraciətlər olanda kömək etməyə çalışıram”. Hələlik isə heç bir nəticə əldə etməmişəm”,- deyə şikayətçi qeyd edib.

Elnur Allahverdiyev Elnur Allahverdiyev

Azərbaycanda müştərinin öz hüququ uğrunda mübarizəsi əsasən Don Kixotun yel dəyirmanı ilə vuruşması kimidir. Yəni mənasız, boşuna zəhmət. Sivil dünyada "Müştəri həmişə haqlıdır" prinsipi biznesin ana xətti olsa da, Azərbaycanda həmişə müştəri yox, mağaza sahibləri haqlı çıxırlar. Ya da müştərini elə yorur, elə incidirlər ki, haqlı olmasına da peşman olur, “cəhənnəmə ki” deyib pulunu çölə atıb, yeni məhsul alır. Bu mənada "Kontakt Home" mağazalar şəbəkəsinin inqilab edib müştəri məmnuniyyətini əsas tutacağına, nəhayət ki, nümunəvi, keyfiyyətli xidmətilə ad çıxaracağına ümid edirik. Ümid etmək də pulla deyil ki... Heş zəmanət də istəmirik. Sadəcə, ümid edirik...

Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »