Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrana kim daha sərfəlidir - Azərbaycanın sözü, yoxsa Ermənistanın dərdləri
İrana kim daha sərfəlidir - Azərbaycanın sözü, yoxsa Ermənistanın dərdləri

1990-cı illərdə Azərbaycan müstəqillik qazandıqdan və xarici siyasətdə ilk addımlarını atanda İranla ciddi, yaxın əlaqələri var idi. Hətta İran Azərbaycan tərəfinə köməklik göstərirdi.

Ayaz Mütəllibov dövründə münasibətlər müsbət yöndə davam edirdi. Türkçü ideologiyalı Elçibəyin hakimiyyətə gəlişi ilə İranın bizdən üzü döndü. Mərhum Heydər Əliyevin vaxtında İran səfiri Heydər Əliyevin qəbulunda Azərbaycanı İsraillə yaxınlıq etməkdə təqsirləndirdi və bu təbii ki, Heydər Əliyev tərəfindən cavabsız qalmadı. O da İranın Ermənistanla əməkdaşlığını yada saldı. Və 30 il keçməsinə baxmayaraq aramızda “soyuq müharibə” davam etməkdədir.

Bu illər ərzində iqtisadi əməkdaşlıq iki böyük dövlət arasında istənilən səviyyədə olmasa da mövcud olub.

Azərbaycanın təxminən 40 şirkəti İran iqtisadiyyatına investisiya yatırıb. Bu şirkətlərin təxminən yarısı Şərqi Azərbaycan vilayətindədir. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1 023-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. SOCAR və İran Milli Neft Şirkəti (NIOC) fəal əməkdaşlıq edir. Bu yaxınlarda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz tvitter hesabında yazıb ki,İran yaxın vaxtlarda Azərbaycanda traktor istehsal xəttini yaradacaq:“İran şirkətləri Dağlıq Qarabağda azad edilmiş torpaqların kənd təsərrüfatı sektorunda fəal iştirak etməyə hazırlaşır”. Baxmayaraq ki, işğaldan azad edilən torpaqlarımız üçün İran sadəcə fətva verməklə işini bitmiş hesab eləmişdi.

Azərbaycan İran tərəfindən bizi qıcıqlandıran bütün addımlara baxmayaraq hər zaman mehriban qonşuluq münasibətlərini qorumağa çalışıb.Heç sözsüz ki, İrana Azərbaycanla iqtisadi əməkdaşlıq Ermənistan kimi dalan dövlətlə əməkdaşlıqdan daha çox fayda verə bilərdi.İşin içində ammalar olmasaydı. Qarabağın işğal altında olduğu dövrdə orda Qərb dövlətləri ilə yanaşı İran da fəaliyyətdə idi. O dövrdə yüzdən çox İran şirkəti Qarabağın sərvətlərini sömürüb. İranın “Part Saman Caal Ko” şirkəti 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidini (Yuxarı məscid) rekonstruksiya edilib, iran məscidi kimi qeydiyyata saldırmışdı.

İran şirkətlərindən "TURANGDARYA SHIPPING LINE" yükdaşıma, "İran Khodra İndustrial Group" avtomobil şirketi, "Petrochemical İndustries" neft-kimya zavodu hazırda Ermənistanda fəaliyyətdədir. Rəsmi olaraq İranla Ermənistanın illik ticarət əlaqələri 200 milyon, qeyri rəsmi olaraq 400 milyon təşkil edir. Yerevanla Tehran arasında üçüncü yüksəkgərginlikli elektrikötürücü xəttinin tikintisini bərpa etmək üçün 120 milyon dollar məbləğində vəsaitin yarılması üzrə saziş imzalanıb.

Əslində İranın Ermənistanla əlaqələri birbaşa olmasa da Rusiya ilə əlaqə deməkdir. İkinci bir məqam Cənubi Azərbaycanı işğal etmiş bir dövlət olaraq iran hər zaman Şimali Azərbaycanın güclənəcəyini səksəkə ilə gözləyir.Ermənistana yardım etməklə Azərbaycana siyasi təzyiq göstərmək, zəif salmaq düşüncəsi molla rejimini dinc buraxmayıb. Sözdə din qardaşı, qardaş ölkə olmuşuq, əməldə mehriban düşmən. Ermənilərə İranda dini azlıq kimi güzəştli hüquqlar verilib, lakin Azərbaycan türkünün ana dilində danışması qorxunc kabus kimi qarşılanır.

Bu gün Azərbaycan İranın fitnəkar əməllərinə sadəcə nota verməklə kifayətlənir. Hərçənd bu notalara İran çox zaman müəmmalı şəkildə susur.Çox zaman gözləmə mövqeyi tutur, hadisələrin öz maraqlarına cavab verəcək nöqtəyə gəlməsini gözləyir. Sözdə hər zaman bizi, qoltuq altında həmişə Ermənistanın kəlləsini saxlayır.İran bizə və ya biz İrana lazımıqmı? Cavab sadədir, qonu qonşunun külünə möhtacdır. Biz sərhəd qonşusuyuqsa münasibətləri qorumaq məcburiyyətindəyik. Azərbaycan heç bir zaman təkliflər olsa belə öz ərazisindən İrana qarşı hərbi məqsədlər üçün istifadə edilməsinə yol verməyib.Bunu dəfələrlə bəyan edib.İran cavabında Ermənistanın silahlanmasına yardımçı olub. Güclü Azərbaycan yəqin ki, hər zaman susacaq və dözəcək deyil. Azərbaycan- iran münasibətlərində zaman həm dost, həm də düşmən rolunu oynayır.

İlhamə Rəsulova

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »