Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa istidən yanır
Avropa istidən yanır

İqlim dəyişikliyi dünyanın əksər ölkələrində özünü göstərir. Orta temperatur açıq-aşkar artıb. Rəsmi rəqənmlər də bunu deyir. Avropa istidən yanır. Köhnə qitədə temperatur rekordu qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, 22 ildən sonra Avropada istiliyin səviyyəsinin ən yüksək həddi müşahidə edilib. Qitədə +48.8 C göstəricisi rəsmiləşib. Siciliya bölgəsində yerləşən Katenanuova kəndində məhz bu temperaturun qeydə alındığı bildirilir.

Ümumiyyətlə, İtaliyanın cənubunda istilərdən çox əziyyət çəkirlər. Siciliya daha çox fərqlənir. Kriminal imici olan bölgənin bir çox kəndlərində yüksək temperatur diqqət çəkir. Təkcə Katenanuovada belə deyil. Lentinidə temperatur 47-yə, Paternoda 46.7-yə, Mineoda 46.2-yə, Frankofontedə 45.6-ya, Kaltacironedə və Ennada isə 45.3-ə çatıb.

Anomal istilər bütün Aralıq dənizi ölkələrini bürüyüb. Metereoloqlar bildirir ki, vəziyyət bundan da pis olacaq. Yəni daha güclü istilər müşahidə ediləcək.

Modelləşmiş iqlim prosesləri laboratoriyasının (ENEA) rəhbəri Canmariya Sannino deyir ki, iqlim dəyişikliyinin sürəti onları – bu sahənin mütəxəssislərini də çox təəccübləndirir: “Əsrin sonunda iqlim böhranının necə şəkil alacağını təsəvvür etmək çətin deyil. İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupunun hesabatına görə, bizim vəziyyəti düzəltmək və böhranın zərərinin qarşısını almaq üçün 9 ilimiz var”.

Türkiyədə və Yunanıstanda görünən meşə yanğınları həyəcan təbili çalmağa kifayət edir. Əlcəzair də günlərdir mübarizə aparır. İspaniyanın bölgələri də yanğınla əhatələnib. Sannino bildirib ki, istilik dalğaları zamanla insanları daha uzunmüddətli döyüşlərə sövq edəcək: “Aralıq dənizi ölkələrində bəzən aylarla yanğınlara qarşı mübarizə aparmaq lazım gələcək. Yanğınlar da əvvəlkilərdən daha amansız olacaq”.

Sellər, daşqınlar da iqlim dəyişikliyinin yaratdığı fəsadlardır. Türkiyə yanğınların öhdəsindən gəlsə də, indi yeni təbii fəlakət yaşayış yerlərini su altında qoyur. İyulda Almaniya bu vəziyyətlə qarşılaşmışdı. Avropa ölkəsində onlarla insan sellərə görə həyatını itirmişdi. Hamısının günahkarı isə məhz insandır. Ətraf aləmə məsuliyyətssiz münasibət insanı getdikdə daha böyük təhlükələrlə üz-üzə qoyur.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »