Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Satıcıya hücum edərək aptekin kassasını soyan şəxs tutulub
Satıcıya hücum edərək aptekin kassasını soyan şəxs tutulub

Ötən ilin mart ayında Paytaxtın Nizami rayonunda yerləşən apteklərdən birinə basqın edərək əlindəki bıçaqla orada satıcı işləyən xanıma qarşı quldurluq edən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Abbasov tutularaq istintaqa təqdim edilib.

Qeyd edək ki, hadisə zamanı Zöhrab Abbasov qadının həyatı üçün təhlükə yaradaraq hədə-qorxu yolu ilə aptekin kassasından 1000 manat pulu götürüb və oradan uzaqlaşıb. Zöhrab Abbasovun qeyd edilən aptekə daxil olması və hadisəni törədərək oradan yayınması obyektin kameralar vasitəsi ilə də lentə alınıb.

Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Fakta bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »