Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samir Abasov: "Məğlubiyyət planlarımıza daxil deyildi"
Samir Abasov: "Məğlubiyyət planlarımıza daxil deyildi"

"Məğlubiyyət və üzücü hesab ürəyimizcə olmadı və planlarımıza daxil deyildi. Birinci hissədən sonra ümidlənmişdik".

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, ilk oyunda rəqibin hücumlarının qarşısını alıblar: "Evdəki matçdan daha yaxşı çıxış etdik və daha kompakt oynadıq. Amma ikinci hissə başlayanda qapımızda qol gördük. Bu komandaya qarşı qol vurmaqda çətinlik çəkirdik. Bu boşluğu doldurmaq istəyirdik. Qarşıda bizi çempionat və Konfrans Liqasının oyunları gözləyirik. Bu gün üçün tarixi nəticə əldə edə bilərdik".

Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının pley-off mərhələsində "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2. Cavab matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »