Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbələdə dağlıq ərazidə yanğın davam edir - Video
Qəbələdə dağlıq ərazidə yanğın davam edir - Video

Ötən gün səhər saatlarından Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınan yanğın hadisəsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Bizimyol.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hazırda davam etdirilən yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »