Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlcəzair portalı misirli və livanlı tədqiqatçıların Qarabağa səfərləri barədə materiallar dərc edib
Əlcəzair portalı misirli və livanlı tədqiqatçıların Qarabağa səfərləri barədə materiallar dərc edib

Əlcəzairin “Əl Hərir” portalında misirli və livanlı tədqiqatçıların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri barədə silsilə xəbər və fotomateriallar dərc edilib.

Misir və Livan tədqiqatçıları işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidən başlanmış, onlara görkəmli bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyli, şairə, rəssam və ictimai xadim Xurşidbanu Natəvan, Xalq artisti Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəlləri qarşısında bu dahi şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında məlumat verilib, qonaqlar “Xan qızı” bulağı və Qala divarları ilə tanış olub, Cıdır düzündə şəhərin əsrarəngiz mənzərəsini seyr ediblər. Tədqiqatçılar, həmçinin Cəbrayılda erməni vandalizmin izləri, habelə minatəmizləmə əməliyyatlarını müşahidə edib, bu ərazidə işğal dövründə dağıdılmış qəbirləri və məscidlərin şahidi olublar.

Əlcəzair portalının dərc etdiyi sonuncu xəbərdə diqqətə çatdırılıb ki, misirli və livanlı tədqiqatçıların Azərbaycanın qədim Gəncə şəhərinə səfəri zamanı onlara erməni silahlı qüvvələrinin törətdiyi dağıntılar, raket hücumu nəticəsində dinc sakinlərin, o cümlədən uşaqların qətlə yetirilməsi barədə məlumat verilib, həmçinin qonaqlar Nizami Gəncəvi muzeyini ziyarət ediblər.(azərtac)

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Bəzi məhdudiyyətlər yumşaldılıb - Həftəsonu ictimai nəqliyyat işləyəcək
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
Son xəbərlər
Bütün xəbərlər »