Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Antibiotik istifadəsindən çəkinin” – Həkim
“Antibiotik istifadəsindən çəkinin” – Həkim

Uzun müdətdir koronavirus pandemiyası dünyanı bürümüş olsa da, hələ də düzgün müalicə aparmayan, səhv müalicələr səbəbi ilə daha da ağırlaşan xəstələr var.

Həkim Şahin Məmmədov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, evdə müalicə alan covid xəstələrinin qızdırması qalxan kimi onlar panikaya düşürlər.

Şahin Məmmədov Şahin Məmmədov

“Özbaşlarına sistem qoşurlar. Həkimdən də yaxşı antibiotik yazmasını xahiş edirlər, o yazmayanda da təyinata bəzən özbaşına əlavələr edirlər. Qonşunun məsləhəti ilə…

Xüsusən bahalı geniş spektrli antibiotikləri həkimə demədən (təəsüf ki, hətta bəzi həkimlər özləri də bu səhvə gedir) xəstənin müalicəsinə qoşmağa meyillidilər. Sanki psixoloji inam var ki, antibiotik nə qədər bahalıdısa, o qədər də çox kömək edəcək. Bu isə kobud səhvdir”.

Həkimin onuda qeyd edib ki, insanlar bilməlidirlər ki, qoşduqları o təzə antibiotik qızdırmanı salmayacaq. Görəcəklər ki, qızdırma yenidən qalxır.

“Onda başa düşəcəklər ki, boş yerə pulları gedib. Çünkü qızdırmanı verən bakteria deyil, bir virusdur, antibiotik ona təsir edə bilməz. Ara yerdə xəstə həmin antibiotikin əlavə mənfi təsirlərinə məruz qalır. Bu mənfi təsirlər ciddidir.

Əgər antibiotik qoşulacaqsa, bunun başlanma vaxtını, növünü, dozasını həkimlər qərar verir. Mən bir həkim olaraq, ilk həftədə heç kimə antibiotik yazmıram. Yüngül keçirənlərə isə ümumiyyətlə yazmıram. Orta ağır keçirən, risk qrupunda olan xəstələrə yazıramsa da ilk həftədə yazmıram. Çünkü ilk həftədə bakterial superinfeksianın əmələ gəlmə ehtimalı demək olar ki, sıfırdır. Boş yerə qoşacağım antibiotik diareya verə bilər, elektrolit disbalansına görə xəstə ağırlaşar” - deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »