Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış aparıcı Operativ Qərargahın açıqlamasına etiraz etdi
Tanınmış aparıcı Operativ Qərargahın açıqlamasına etiraz etdi

Nazirlər Kabineti yanında Operativ Qərargah 11 avqust tarixinə olan yoluxma statistikasını açıqladı, tanınmış aparıcı buna etiraz etdi.

Bizimyol.info xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata görə, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər isə vəfat edib.

Turan İbrahimov Turan İbrahimov

Bu açıqlamanın ardınca tanınmış aparıcı Turan İbrahimov öz sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, bu qədər yoluxan, bu qədər sağalan və bu qədər vaksin olunan ölkədə hələ də “Covid”ə yoluxanlar çoxalırsa, deməli, nə yoluxma statistikası, nə sağalma sayı, nə də vaksinasiya prosesi real deyil.

“Əgər, yenə də qapanmalar olacaqsa, demək ki, son 1-2 ildə dövlət səviyyəsində evcik-evcik oynamışıq”,- deyə aparıcı qeyd edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15518 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.

Leyla Mirzə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »