Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis “patı” satanları həbs edib
Polis “patı” satanları həbs edib

Tovuzda qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Samir İbrahimov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan “metamfetamin” və qurudulmuş “marixuana” aşkar edilərək götürlüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış etədbirləri nəticəsində “patı” satmaqda şübhəli bilinən Nizami Məmmədov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman isə qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Bundan başqa rayon sakini Saleh Məmmədov saxlanılan zaman qanunsuz olaraq əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar olunub.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »