Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messinin keçidindən sonra PSJ-nin izləyicilərinin sayı 5 milyon artıb
Messinin keçidindən sonra PSJ-nin izləyicilərinin sayı 5 milyon artıb

Messinin keçidindən sonra PSJ-nin izləyicilərinin sayı 5 milyon artıbLionel Messi

Fransanın PSJ klubunun instaqramda izləyicilərinin sayı artıb.

Bu, ulduz futbolçu Lionel Messinin Paris təmsilçisinə keçidindən sonra baş verib.

33 yaşlı hücumçunun transferininin ardından 5 milyondan çox insan PSJ-nin instaqram hesabını izləməyə başlayıb.

Parislilər avqustun 10-da Lionel Messi ilə iki illik müqavilə imzalayıb. Həmin günə qədər klubun 39 milyon izləyici olub. Hazırda isə bu rəqəm 44,7 milyondur.

Qeyd edək ki, Messi 2003-cü ildən İspaniya "Barselona"sında çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.(report)

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »