Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qarabağda qaldığı müddətdə boğazımızdan kəndir açılmayacaq
Rusiya Qarabağda qaldığı müddətdə boğazımızdan kəndir açılmayacaq

Düşmən müharibədən keçən hər   gün havadarlarının dəstəyi ilə ayda dirçəliş mərhələsinə qədəm qoyur. Məğlub olmaq hələ iddiadan əl çəkmək deyil. Ermənistanda seçkilərdə Paşinyanın qalib gəlməsini qarşı tərəfin sülhə səs verməsi və ya sülhü seçməsi kimi qiymətləndirmək  bir böyük xətaydı. Düşmən vaxt qazandıqca güclənir, toparlanır.

Dünən Azərbaycan bir gündə həm İran, həm Rusiyaya açıq mesajlar verdi.

Azərbaycan 9 ayda ilk dəfə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə sərt irad bildirdi, narazılığını ifadə etdi. İrana nota verildi. İran 90-cı illərdə Qarabağın işğalından sonra  ərazilərimizin talan ediməsində, ərazidə narkotik plantasiyaların salınmsında, bunkerlərin tikilməsində böyük “əmək qoyub”.  II Qarabağ müharibəsində bizə satmaqdan imtina etdiyi mərmiləri bizim ərazilərimizdən tapdıq- bizə qarşı atılmış şəkildə.

Müharibədən əvvəl  də,  sonra  da Azərbaycan İranla münasibətlərin normal saxlanılması üçün əlindən gələni  edib, qıcıqlandırıcı  addımlardan yayınıb . Ruhani dövründə münasibətlərimizi normal saxlamaq cəhdlərimiz  baş tuturdusa deyəsən Rəisi ilə bu alınmayacaq. Paşinyan baş nazir seçildikdən sonra ilk səfərini Rusiyaya deyil, məhz İrana  etməklə aralarındakı dərin qardaşlıq bağlarını nümayiş etdirdi. İranın bizə  “dostuq” deməsi ilə deyil ki. Bu dostluq Sezarla Brutun münasibətlərindən o yana keçmir.

Son iki gündə isə bu təxribatlar artmaqda davam edir. Qarabağdakı  işğalçı “rusməramlıların”  artileriyanın iştirakı ilə təlimlərə başlaması,  bu təlimlərə Ermənistanın dağılmış Silahlı Qüvvələrinin  qalıqlarının cəlb edilməsi Rusiyanın xoş olmayan məramından, maskasının altındakı xislətini üzə çıxarmasından xəbər verir. Özünü  açıq şəkildə bitərəf yox tərəf kimi göstərir,  təlimlərinə  erməniləri daxil edir. Əlbəttə ilk görünən odur ki, münaqişəni canlı saxlamaq, sülhün yaranmasına mane olmaq.Rusiya bu yolla təzyiqlər edib sülhməramlı kimi qanuni mandat əldə etmək,ərazidə möhkəmlənmək arzularını reallaşdırır. Ermənistan təxribatlar edərək Azərbaycanı antiterror əməliyyatlarına qızışdırmaqla hər bir halda udmaq istəyir. Uduzarsa, başına yenidən dəmir yumruq dəyərsə bunu dünyada soyqırıma məruz qalmaq kimi təqdim edəcək, əzabkeş  yazıq erməni imici yenilənəcək, Avropanın tam dəstəyini alacaq, havadarlarının dəstəyi ilə qalib gəlsə itirdiyi Azərbaycan torpaqlarını geri qazanacaq.

Hələki Türkiyə susur. Əslində necə bir böyük oyunun getdiyini hamı çox gözəl  bilir.Türkiyə də , biz də, Rusiya da Qərb də. Qarabağ bəlkə heç bir zaman bütün dünya üçün bu qədər önəmli olmayıb.Bizim olan torpaqlardan hərə bir şəkildə yararlanmağa, güc toplamağa çalışır. Bu savaşda qeyri adekvat olan yalnız Ermənistan deyil, həm də Rusiyadır. Yəni verilən sözlər, sazişlər , müqavilələr hamısı müvəqqəti xarakter daşıyır, su üzərinə yazılmış anda bənzəyir, Rusiya istədiyi müddətə qədər davam edir. İpinin üstünə odun  yığılası olmayan  biri ilə üz- üzəyik. Yaranmış bu qəliz vəziyyətdən diplomatik çıxış yolu tapılmazsa ya yenə 30 il bu mövzulardan danışacağıq, yada müharibə qaçılmaz olacaq. Boğazımıza ilişmiş kəndirdən  tam azad olunmayana qədər risk davam edir.

İlhamə Rəsulova

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› Çörəyin bahalaşmasının qabağı indilik alındı, bəs sonra?
Son xəbərlər
Bütün xəbərlər »