Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkələr miqrant axınına görə qapanır
Baltikyanı ölkələr miqrant axınına görə qapanır

Belarus prezidenti Aleksandr Lukaşenko Baltikyanı ölkələr üçün ciddi problem yaradıb. Qərb mətbuatının miqrant böhranı ilə bağlı yazılarında bu xətt daha qabarıq görünür. Hesab olunur ki, Belarus rejimi bilərəkdən asiyalı, afrikalı gəlmələri Litva ilə sərhədə yollayır. Vilnüs nəzarəti gücləndirib. Hər gün Belarusla sərhədə hasar çəkilir. Latviya da ciddi narahatlıq keçirir. Bu ölkədə miqrant böhranı ilə bağlı fövqəladə vəziyyət elan olunub.

Bizimyol.info xəbər verir ki, Litva və Latviya Avropa İttifaqından kömək gözləyir. Miqrant axınının qarşısını almaq olmur. Litva Belarusla sərhəddəki meşə zolağına nəzarət üçün böyük qüvvə sərf edir. Bura 4 minə qədər əcnəbi toplaşıb. Onların çoxu İraqdan gəlib. Belarusun son bir ildə məşhurlaşmış “Nexta” kanalı sərhəd zonasından videolar paylaşır. Görüntülərdən birində müsəlman miqrantların donmamaq üçün paltarlarını yandırdığı görünür. Başqa bir videoda litvalı sərhədçi miqranta “geri qayıt” deyir. Miqrant çarəsiz görünür: “Geri hara?”

Almaniya mətbuatına danışan, amma adı açıqlanmayan belaruslu politoloq miqrantlara görə ölkədə ciddi narazılıq olduğunu bildirib. O, Lukaşenkonun gəlmələri bilərəkdən sərhədə yolladığını gizlətməyib: “Lukaşenko miqrantlardan silah kimi istifadə edir. Xüsusilə Litvaya qarşı. Çünki Litva müqavimət hərəkatının hərəkətverici qüvvəsidir”.

Litva son 4 gündə 1300 miqrantı ölkəsinə buraxmayıb. Onlar, demək olar, yerindən tərpənmir. Miqrantların səbir kasası daşır. Onlar sərhədi güc yoluyla aşmağa da hazırdır. Üstəlik, Lukaşenkonun Baltikyanı ölkələrlə sərhədə daha çox miqrant göndərəcəyi gözləniləndir.

Latviya da narahat olmağa başlayıb. Çünki sərhəddə 283 miqrant geri qaytarılıb. Bundan sonra sərhədçilərə polis və ordu da kömək edəcək. Latviyanın Daxili İşlər naziri Mariya Qolubeva deyib ki, miqrant axınının qarşısını almaq üçün lazım gəlsə, güc də tətbiq etmək gərəkdir.

Litvanın “Delfi” portalı daha yumşaq davranmağın yeri olmadığını yazıb. Belarusun qonşuları mümkün qədər qapanır. Amma Baltikyanı dövlətlərin sərt üz göstərəcəyi də istisna deyil.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
Son xəbərlər
Bütün xəbərlər »