Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik satan və alan şəxslər saxlanılıb
Narkotik satan və alan şəxslər saxlanılıb

Qazaxda narkotik vasitələri satan və alan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini İlkin Budaqov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Xəlil adlı şəxsdən 15 manata aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Xəlil Rzayev saxlanılan zaman onun üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan “heroin” və "patı" aşkar edilərək götürülüb.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayonun Ağköynək kənd sakini, əvvəllər məhkum olunmuş Kamran Osmanov saxlnaılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman müxtəlif bükümlərdə narkotik maddə olan “heroin” və “marixuana” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »