Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə təhsil əyani şəkildə davam etdiriləcək
Türkiyədə təhsil əyani şəkildə davam etdiriləcək

"Bütün təhsil müəssisələrimiz yeni tədris ili müəyyənləşdirildiyi vaxtda açılacaq. Əyani təhsildən vaz keçməyimiz müzakirə mövzusu ola bilməz".

APA-nın xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Nazir deyib ki, Elmi Şuranın bu istiqamətdəki təklifləri Təhsil Nazirliyi və Ali Təhsil Şurası ilə müzakirə edilib cəmiyyətə açıqlanacaq: "Bütün səviyyələrdəki təhsil müəssisələrimiz üz-üzə təhsil verəcək və praktiki məşğələlər fasiləsiz davam edəcək, çünki artıq peyvənd var. Şərtlərdən asılı olmayaraq, tələbələrimizi, şagirdlərimizi və onların ailələrini pandemiya təhlükəsindən qoruyaraq praktiki və əyani təhsilimizə davam edəcəyik. Ən önəmli işimiz peyvənd olunmayan müəllimlərimizin qalmamasıdır".

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »