Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN-in polkovnik-leytenantı: "Muğlanın Çövenli kəndində yanğının evlərə keçməsinin qarşısı alınıb"
FHN-in polkovnik-leytenantı: "Muğlanın Çövenli kəndində yanğının evlərə keçməsinin qarşısı alınıb"

"Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyi sayəsində Muğlanın Köycegiz ilçəsinin Çövenli bölgəsində yanğın kəndlərə keçməsinin qarşısı alınıb".

Bu sözləri APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabuçu Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant Rəşad Bayramov deyib.

O bildirib ki, ötən gecə axşam saatlarında gələn məlumat əsasında Çogenli və Çövenli kəndində yerləşən meşə massivində yanğınlara cəlb olunublar: “Rəhbərlik tərəfindən verilən müvafiq göstərişlərdən sonra 30 maşınla bu əraziyə gəldik. Gördüyünüz bu sahədə üç istiqamətdə yanğın avtomobilləri yerləşdirilib. Yanğınsöndürənlərimiz bu ərazidə açıq alovla qarşılaşdı. Xüsusi ilə ən təhlükəli ərazi bizim dayandığımız məntəqə idi. Coğrafi mövqeyinə görə çətin olan bu relyefdə alovun qarşıdakı kəndlərə keçmə təhlükəsi var idi. Bu səbəbdən çətin relyefə baxmayaraq bizim yanğınsöndürənlərimiz xilasedici kəndirlərlə başda mən olmaqla bu əraziyə endik. Alovun söndürülməsində 7 həlledici yanğın lülələrindən istifadə olunub. Yanğın lülələri vasitəsi ilə gecə saat 10 radələrindən səhər saat 5 radələrinədək biz yanğının söndürülməsinə nail olduq".

Polkovnik-leytenant qeyd edib ki, hazırda yanğının soyudulması işləri aparılır: "Bildiyiniz kimi yanğının yayılmasında əsas meyar küləyin olmasıdır. Bir neçə gündür ki, bu ərazilərdə güclü küləklər əsir".

R.Bayramov onu da vurğulayıb ki, Azərbaycan yanğınsöndürənləri ölkəmizdəki dağlarda belə əməliyyatlar apardıqları üçün bu tip yanğınların söndürülməsində böyük təcrübəyə malikdirlər.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »