Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ombudsman: “Ermənistan azərbaycanlılara qarşı nifrət siyasətindən əl çəkməlidir”
Ombudsman: “Ermənistan azərbaycanlılara qarşı nifrət siyasətindən əl çəkməlidir”

“Uzun illər boyu Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasəti bütövlükdə həmin cəmiyyətin üzvlərinin, habelə uşaqların psixologiyasına öz mənfi təsirini göstərir. Belə ki, xüsusilə erməni uşaqlarda Azərbaycanfobiya hissi formalaşdıraraq, onları hərbi əməliyyatlara cəlb edən Ermənistan hərbi-siyasi rəhbərliyinin bu kimi addımları qətiyyən yolverilməzdir”.

APA-nın məlumatına görə, bu açıqlama ilə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edib.

S. Əliyeva bildirib ki, BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası, "Müharibə zamanı mülki şəxslərin qorunması haqqında" Cenevrə Konvensiyası 15 yaşınadək uşaqların müharibəyə cəlb edilməsini qadağan edir və bunu müharibə cinayəti kimi qiymətləndirir: “Təəssüf ki, beynəlxalq konvensiyalar üzrə götürdüyü öhdəliklərə əməl etməyən Ermənistanın siyasi və hərbi rəhbərliyi qeyd olunan normaları da heçə sayır. Bu kimi faktlarla bağlı daha geniş məlumatlar növbəti hesabatımızda yer alacaq. Bu vəziyyət İnsan Hüquqları üzrə Müvəkkil olaraq məni ciddi narahat edir. Hesab edirəm ki, Ermənistan hökuməti götürmüş olduğu beynəlxalq öhdəliklərə riayət etməli və azərbaycanlılara qarşı nifrət siyasətindən əl çəkməlidir”.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »