Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: "Gələn ilin əvvəlində dünyada koronavirusa yoluxanların sayı 300 milyonu keçə bilər"
ÜST: "Gələn ilin əvvəlində dünyada koronavirusa yoluxanların sayı 300 milyonu keçə bilər"

İndiki infeksiyanın yayılma sürətini dayandırmaq olmazsa, gələn ilin əvvəlində dünyada koronavirusa yoluxmuş insanların sayı 300 milyonu keçə bilər.

APA xəbər verir ki, bu barədə çərşənbə günü Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

O xatırladıb ki, keçən həftə pandemiyanın başlanğıcından bəri dünyada COVID-19-a yoluxanların sayı 200 milyonu keçib və bu, dünya üzrə virusa yoluxanların sayının 100 milyon həddini keçdikdən cəmi altı ay sonra baş verib: "Virusun yayılmasının mövcud trayektoriyası ilə gələn ilin əvvəlində 300 milyon həddi keçə bilərik. Bəşəriyyət bu tendensiyanı dəyişə bilər".

Xatırladaq ki, bu günə olan statistikaya görə, dünyada koronavirus xəstələrinin sayı 204 998 803-ə çatıb.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »