Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlil arabasından dünyaya atılan iri “addım”lar
Əlil arabasından dünyaya atılan iri “addım”lar

Sizləri özümün də çox təsirləndiyim, bir gəncin həyat hekayəsi ilə tanış etmək istəyirəm. Bu hekayənin əsas qəhramanı dərzi Vüsaldır. O, digər dərzilərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir.

Vüsal Məhəmmədrahim oğlu 1992-ci il 8 may tarixində Şəki şəhərinin Dodu adlanan məhəlləsində dünyaya göz açıb. O, hələ 8 yaşı olan zaman həyatın ilk zərbəsini alıb. 38 yaşlı atasını itirib. 2 azyaşlı qardaşı ilə anasının himayəsində böyüyüb. 18 yaşına çatıb və 2010 cu il 2 iyul tarixində həqiqi hərbi xidmətə yollanıb. Həmin zamanlar atəşkəs rejimi olmasına baxmayaraq, hərbi xidmətinin 8-ci ayında mənfur düşmənin gülləsinə tuş gəlib. Belinin onurğa sütunundan dəyən güllə onun ayağındakı sinirləri tamamilə öldürüb. Aylarla xəstəxanalarda yatsa da, müalicələr alsa da, bir daha Vüsal ayaqları üzərinə basa bilməyib. Həmin vaxtdan bəri əlil arabasına məhkum olub.

29 yaşlı bir gəncin başına gələn bu dəhşət onu və yaxınlarını çox sarsırdıb. Düşmən gülləsi onu ayaqlarından məhrum etsə də, gələcəyini, ümidlərini, arzularını söndürmə bilməyib. Vüsal itirdiyi ayaqların əvəzini çıxmaq, düşmənə təslim olmamaq üçün “tısbağa yerişli” insanlardan daha çox irəliyə doğru addımlar atıb. Həyata iki əllə sarılıb.

Sağlamlığı tam normal olan insanların olmadığı qədər əzm göstərib, heç kimə möhtac olmamaq üçün müxtələf sahələr üzrə biliklər əldə edib. Mühasiblik, komputer mühəndisliyi, atıçılıq kimi peşələrə yiyələnib. Hətta paralimpiya komitəsinin güllə atıcılığı üzrə keçirdiyi yarışlara qatılıb və 3-cü yeri tutub. O, əlində bütün imkanları olan, sağlamlığı yerində olan insanların bacara bilmədiklərini əlil arabasında bacarıb.

Onu yaxından tanıyan biri olaraq deyə bilərəm ki, Vüsal təkcə bacarıqları ilə yox, həm də ağlı, zəkası, mehribanlığı, həm də böyük ürəyi ilə bir çox insanlara nümunə olacaq şəxsiyyətdir. Bunlarla yanaşı həm də gözəl ailə başçısıdır. Xanımı isə onun qarşısına çıxan ən böyük mükafatdır. Vüsalı olduğu kimi qəbul edib və diam onun qulluğundadır.

Vüsal Məhəmmədrahim oğlu Vüsal Məhəmmədrahim oğlu

İndi gələk başqa bir məsələyə... Düşünəcəksiniz ki, bəs niyə mövzuya başlayan zaman dərzi Vüsal deyə qeyd etmişəm? Çünki bu qədər peşələrə yiyələnsə də, sırf əlil arabasında olduğu üçün iş tapa bilməyib. O isə yenə də taleyinə küsməyib və dərzilik peşəsini də öyrənib. Evlərinin yaxınlığında bir yer kirayələyib və orada fəaliyyət göstərir.

Vüsalın bu həyatda tək bacarmadığı şey özünə var. O da ev tikə bilməkdir. Çünki maddi vəziyyəti buna imkan vermir. Tək istəyi odur ki, özünün şəxsi evi olsun. Bunun üçün də illərdir dövlətdən dəstək gözləyir.

Söhbətimiz zamanı Vüsalın bir sözü məni çox kədərləndirdi. Bildirdi ki, yaşadığı Şəki şəhərində fiziki qüsurlu insanların yaşaması üçün heç bir şərait yoxdur. İşə, hansısa müəssisəyə getdikdə çox əziyyət çəkir.

Həqiqətən də əlilliyi olan şəxslərin gözü ilə ətrafımıza nəzər salsaq görərik ki, bu insanların ən az bizim qədər rahat gəzmək haqları var, amma çox yerdə onlar nəzərə alınmayıb.

Ümidvaram ki, bu hekayəni oxuyan, həyatda 1-0 geridən başlamışam deyən bir çox insanlara Vüsal qəhramanın hekayəsi nümunə və örnək olacaq.

Leyla Mirzə

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin edib
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
Son xəbərlər
Bütün xəbərlər »