Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hande Harmancı: Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 25 faizə qədəri vaksinin hər iki dozasını qəbul edib
Hande Harmancı: Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 25 faizə qədəri vaksinin hər iki dozasını qəbul edib

Bir il yarımdır ki, dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası davam edir. İnsanlar pandemiyadan və onun qaydalarından yorulublar. Koronavirusdan qorunmaq üçün profilaktik tədbirlərdən olan maskanı da uzun müddət taxmaq asan deyil. Ona görə də insanlara açıq havada maska taxmamaq icazəsi verildiyi zaman onlar hər şeyin geridə qaldığını və maskaya tamamilə gərək olmadığını düşünə bilərlər. Lakin bu, belə deyil.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

“Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı kifayət qədərdir. 18 yaşdan yuxarı əhalinin 25 faizə qədəri vaksinin hər iki dozasını qəbul edib. 3 milyondan çox insan isə bir doza vaksin vurdurub. Bu, çox önəmli bir nailiyyətdir. Hər gün vaksinasiyadan keçənlərin sayı 60-80 min arasında dəyişir. Lakin bilməliyik ki, peyvəndlər bizi COVID-19-u ağır keçirməkdən, xəstəxanaya yatmaqdan və ölümdən qoruyur. Koronavirusa yoluxsaq və xəstələnsək, onu başqalarına yoluxdurmaq riskimiz hələ də qalır. Məlumdur ki, peyvəndlər yoluxmadan 100 faiz qorumur. Odur ki, vaksinasiyadan sonra COVID-19-a yoluxsaq, bunu ya çox yüngül əlamətlərlə, ya da asimptomatik keçirə və ətrafdakılara yoluxdura bilərik. Bu səbəbdən peyvənd olunsaq belə maska taxmalıyıq. Xüsusilə də qapalı məkanlarda və kütləvi toplanma yerlərində maska taxmaq məcburiyyətindəyik”, - deyə H.Harmancı qeyd edib.(azərtac)

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »