Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Le Monde”: “Gürcüstan DİN azərbaycanlı “oğru”dan kömək istəyib”
“Le Monde”: “Gürcüstan DİN azərbaycanlı “oğru”dan kömək istəyib”

“Tbilisinin sabiq meri Qiqi Uqulava bizi inandırır ki, Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə yaşanan münaqişəyə son vermək üçün “Maqa Rustavskiy” ləqəbilə tanınan, “Lotu Quli”nin (Nadir Səlifovun) bacısı oğlu, “qanuni oğru” Məhəmməd Qurbanova kömək üçün müraciət etmişdi”.

Bizimyol.info xəbər verir ki, bu sözlər Fransanın məşhur “Le Monde” nəşrində jurnalist Jak Follorunun məqaləsində yer alır.

Məqalədə qeyd olunur ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin təzyiqləri altında bir müddət zəifləyən, “qanuni oğrular” adlanan kriminal kasta yenidən fəallaşaraq, Gürcüstana yatırımlar etməyə başlayıb.

“Tbilisidən bir saatlıq məsafədə yerləşən Dmanisi şəhər tipli qəsəbəsi əvvəl yalnız YUNESKO-nun ümumdünya mədəni irsi siyahısına daxil edilən köhnə şəhərciyi ilə tanınırdı. Bu yaxınlarda bura Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili gəliblər ki, yerli azərbaycanlılar və gürcülər arasında yaranan toqquşmalara son versinlər”, - deyə məqalədə qeyd olunur.

Müəllif yazır ki, müxalifətin iddiasına görə, bu məsələ “Gürcü arzusu”nun hakimiyyətə gəlməsindən sonra dövlət dairələrilə kriminal çevrələr arasında mövcud olan sıx əlaqələri də üzə çıxarıb.

Məqalədə, svanlar və azərbaycanlılar arasında yaşanmış münaqişəni bitirmək üçün, Gürcüstan daxili işlər nazirliyinin “Maqa Rustavskiy” ləqəbli “qanuni oğru” Məhəmməd Qurbanova müraciət etdiyi qeyd olunur.

“Le Monde”nin müəllifi əlavə edir ki, Dmanisidə “qanuni oğrular”ın oynadığı rol Gürcüstanda oliqarx İvanişvilinin hakimiyyətə gəlməsindən sonra yaranmış gizli hakimiyyəti tərənnüm edir.

Məqalədə Saakaşvilinin kriminal dairələrə müharibə elan etdiyi, bir çox “qanuni oğru”ların Türkiyə, Yunanıstan və Birləşmiş Ərəb Əmirliklərinə qaçdığı yazılır.

Folloru yazır ki, Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu”nun hakimiyyətə gəlməsindən sonra hökumət “qanuni oğru”lara qarşı nisbətən yumşaq davranır, hansısa məsələdə onlarla razılaşa bilir.

“Hüquqi baza yerində qalır, lakin Saakaşvilinin taktikası ilə müqayisədə sərt rəftar göstərilmir və bəzi “qanuni oğru”ların ölkədən çıxmasına şərait yaradılır”, - deyə “Le Monde” nəşrində əlavə olunur.

Hazırladı: Rüfət, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »