Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Üzlərini cırmaq, başlarına kəsik atmağın dini əsası yoxdur"
“Üzlərini cırmaq, başlarına kəsik atmağın dini əsası yoxdur"

Hicri-qəməri təqvimi ilə artıq Məhərrəm ayı başlayıb.

Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 19-na təsadüf edir.

Əvvəllər Azərbaycanda məhərrəm ayında müxtəlif ayinlər həyata keçirilirdi. Üz cırmaq, zəncir vurmaq, qan çıxartmaq insanların dini baxışlarına uyğun olaraq bütün məscid və pirlərdə keçirilirdi. Bir neçə il əvvəl isə bu ayinlər yığışdırılmağa başlandı və yerini Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyaları tutdu.

İlahiyyatçı Ramil Əliyevin sözlərinə görə, Aşura ayinləri zamanı bədənə zərbə vurmaq şəriət baxımından qəbul edilmir:

“Üzlərini cırmaq, başlarına kəsik atıb qan çxarmaq kimi adətlər insanların inancına görə yaranıb. İnsanlar öz hisslərini, kədər və hüznlərini müxtəlif şəkildə ifadə etməyə çalışıblar. Yəni dini baxımdan belə ayinlər olmayıb. Dini əsası yoxdur. İnsanlar, hüzn və kədərlərini özlərinə psixoloji və fiziki zərər vermədən həyata keçirməlidir. Digər qeyd olunan ayinlər dini inanclara bağlıdır və əsassızdır. Zəncir vurmaq, qəmə vurmaq (başın xəncərlə kəsilməsi), üz cırmaq, üzü yerə sürtmək, sevgisini müxtəlif ifadələrlə dilə gətirmək (Mən Hüseynin itiyəm və s.) tövsiyyə edilmir”.

İlahiyyatçı həmçinin qeyd edib ki, bir neçə ildir ki, ölkədə Kərbəla şəhidlərinin xatirəsinə Aşura günlərində qanvermə aksiyaları keçirilir. Bu aksiyalarda iştirak edib, qan vermək yüzlərlə xəstənin dərdinə dərman olmaq deməkir:

“Düzdür, hazırda pandemiya dövrüdür, daha əvvəlki kimi məscid və pirlərdə xüsusi ayinlərin keçirilməsi üçün heç br şərait yoxdur. Hətta qanvermə aksiyaları belə daha məscid və pirlərdə deyil, xüsusi məntəqələrdə həyata keçiriləcək. Biz hər kəsi bu xeyirxah addımı həyata keçirməyə çağırırıq”.

Xatırladaq ki, bu il Kərbəla şəhidlərinin xatirəsinə ənənəvi olaraq qan vermə aksiyası pandemiya səbəbindən məscidlərdə deyil, ölkənin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq. Aşura mərasimlərində yığılan qan müxtəlif xəstəliklərdən əziyyət çəkən və qana ehtiyacı olan şəxslər üçün təmənnasız olaraq istifadə edilir.

İlahin, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
Son xəbərlər
Bütün xəbərlər »