Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Metropolitendə baş verən hər hadisəylə bağlı araşdırma aparılır”
“Metropolitendə baş verən hər hadisəylə bağlı araşdırma aparılır”

Dünən bakı metrosunda bir qadın qatar yoluna yıxılıb. "Hadisə “Gənclik” metrostansiyasında saat 12:51-də baş verib. Bir qadın stansiya yoluna düşüb. Stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı saxlayıb, məlumat verib. Gərginlik çıxarılıb. Sərnişin stansiya yolundan çıxarılıb.

Bu kimi hallar Bakı metropolitenində tez- tez baş verməsə də ildə 5-10 dəfə bu tipli xəbərlərə rast gəlirik. Statistikası aparılmadığına görə dəqiq rəqəm demək çətindir. İntihar etmək istəyərək özünü qatarın altına atanlar da olur, bilməyərək yıxılanlar da. Bu sərxoşluq vəziyyətindən də asılı olaraq baş verə bilər. Baxmayaraq ki, metropolitenə sərxoş daxil olmaq qadağandır. Dönə-dönə yazılmış divar tabletlərində bildirilir:

“Stansiyada qatar gözləyən sərnişinlərə qatar gəlib dayanana, vaqonların qapılarının açılmasına və sərnişinlərin düşməsinə qədər platformanın kənarındakı hüdud xəttini keçmək olmaz”.

Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər uyuşdurucu maddələr qəbul edərək, sərxoş vəziyyətdə stansiyaya daxil olmaq və vaqonda getmək olmaz. “Mozalan” satirik kinojurnalının bir məzəli filmində daim sərxoş olduğuna görə, metroya girə bilməyən Bakı sakininin bir deyimi aforizmə çevrilmişdi “Qoyursuz ki?”. Metroya bu günə qədər içki içdiyinə görə kiminsə buraxılmadığı ilə qarşılaşmamışam. Sözsüz ki, vətəndaş yeriyəndə səndələmir və ayaqları bir-birinə dolaşmırsa, başqa sözlə sərxoş olduğu kənardan gözə görünmürsə, kiminsə girişinə qadağa qoyulmur. Narkotik maddənin təsiri altında olan adamı isə kənardan müəyyən etmək imkansızdır. Bu anlamda metropolitenin təhlükəsizlik xidmətinin əməkdaşları gözlərini dörd açmalıdırlar. Metroya girişdə çantaları yoxlamaq üçün təhlükəsizlik qurğularının quraşdırılmasını alqışlayıram. Çünki polis çox zaman elə gözəyarı baxmaqla işini bitmiş hesab edirdi.

Bəs maraqlıdır, metroda relslərə yıxılan vətəndaşlarla bağlı araşdırma aparılırmı, hadisənin səbəbləri axtarılırmı?

Bizimyol.info-nun sualını cavablandıran metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirir ki, “Metropolitendə hər bir hadisənin səbəbləri mütləq araşdırılır. Konkret bu tip məsələlərdə əsasən polis öz araşdırmasını aparır. Hadisənin xarakteri, səbəbləri və s. Metropoliten də həm hadisə, həm də səbəbləri ilə bağlı məsələlərə səlahiyyətinə uyğun mümkün tədbirləri görür. Əgər birgədirsə aidiyyatı qurumlarla, birgə deyilsə özü. Dünən relslərə yıxılmış qadınla bağlı isə polis araşdırma aparır”.

Qeyd edək ki, stansiyaların hər hansı birində sərnişinlərdən birinin səhhətində problem yaranarsa, metropoliten əməkdaşları dərhal təcili tibbi yardım briqadasına zəng edirlər. Metropolitenin öz tibbi briqadası yoxdur.

Bax, belə. Ümumiyyətlə relsə yıxılma faktlarında qatara heç nə olmur. Nə olursa insana olur, zədəni də travmanı da qatarlar yox, insan həyatı alır. Bir də vətəndaş məsuliyyətsizliyinə görə metropoliten əməkdaşı. Çalışın ayaqda qalın.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »