Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Analoqu olmayan virus növü Azərbaycanda…
Analoqu olmayan virus növü Azərbaycanda…

Dünyada yayılan koronavirus bir yana, Azərbaycanda yayılan virus başqa bir yana. Koronavirus Azərbaycana addımını qoyduğu andan bəri milliləşib. Buranın yazılmayan qanunlarına uyğunlaşıb.

Necə? Çox sadə…

Deməli, bu başına döndüyüm virus bizdə tamam fəqli fəaliyyət göstərir. Məsələn, qapısında heç bir yoxlama aparılmayan, Covid pasportu tələb edilməyən, içərisində heç bir karantin qaydalarına əməl olunmayan, 400-dən çox qonağın iştirak etdiyi dəbdəbəli restoranlara üz tutmur. Elə harda qapısında hamının bircə-bircə yoxlandığı, içərisində 50-100 nəfərlik adamın iştirak etdiyi sadə məclis, "palatka" toyu görürsə, hücum edir girir içəri.

Virus da ölkənin nəbzini tutub. Bilir ki, dəbdəbəli restoranlarda ürəyi istədiyi kimi toy edə bilən insanlar varlı təbəqənin insanlarıdır və onlara dəymək olmaz. Amma 50 nəfərə görə saysız-hesabsız polis tökülüşən məclis kasıbın məclisidir və bura girmək olar.

Elə nəqliyyat vasitələrində də belədir vəziyyət. Həftənin ən qızğın iş günlərində, insanların ağız-ağıza getdiyi vaxtda avtobusa, metroya daxil olmur. Amma elə ki, həftəsonu gəldi, hücum çəkir avtobuslara. Necə yəni, kasıb nədir, istirahət nədir? Qoy, otursunlar evlərində. Hansı günlərinə yaraşır istirahət?

Hə, bir də bu virus yaman yerini bilən “oğlan”dır. Ölkədə hansısa beynəlxalq tədbir, oyun keçirilirsə, dərhal korona öz yerini bilir və çəkilir bir küncə. Gördüm deyən olmur. Elə ki, oyunlar bitdi, gizləndiyi yerdən çıxır, nə çıxır. Düşür camaatın canına ki, çox rahatlaşmışdınız..

Vallah "Delta" ştammı, Britaniya ştammı - hamısı boş şeydir. Analoqu olmayan virus elə bizim ölkədəki virusdur. Bəzi nazirlərimiz və başqa məmurlarımız kimi virusumuz da kasıbın qanlısıdır. Amma nə deyə bilərik ki, ixtiyarımız bu dəqiqə onun əlindədir. Səsimizi çıxarsaq, gəlib yapışar boğazımızdan, qalarıq yenə "sms icazə"nin ümidinə.

Bu işin yalnız bir çarəsi var. O da ki, ancaq yaxşı "daydayı" olan məclsilərdə iştirak etməkdir. Nə virus soxula bilsin içəri, nə də cərimə yazanlar.

Leyla Mirzə

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »